Siyasət

  • 4 116

"Gözləri ağalarının cibində olan xainlərin istəkləri ürəklərində qalacaq" RƏY-ÖZƏL

image

“Azərbaycan dünyada söz sahibinə çevrildiyi, beynəlxalq nüfuzunun artdığı, beynəlxalq tədbirlərin, layihələrin keçirildiyi məkana çevrildiyi bir vaxtda Belçika Krallığının paytaxtı Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirməyə cəhd etməsi bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, gənc, müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələrin ölkəmizdə mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşdığını deyən deputat söyləyib ki, həmin antimilli qüvvələr Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin durmadan artan inkişafı, nailiyyətləri bu qüvvələrin yuxusunu ərşə çəkdiyi üçün hər an pusquda dayanıb, fürsət gözləyirlər: “Onlar yalan, şər, böhtan, uydurma xarakterli xəbərlərlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Xaricdə yaşayan antimilli 3-4 nəfərin Brüsseldə aksiya keçirməsi, daha doğrusu şou göstərməsi Azərbaycanın əksinə təbliğat aparması acınacaqlı haldır. Onların bu əməli bir daha göstərdi ki, bu insanlar üçün müqəddəs bir şey qalmayıb”.N.Həmzəyev qeyd edib ki, Vətəninə, dövlətinə, xalqına qənim kəsilən 3-4 anti-milli ünsürün belə fəallıq göstərməsi həm də ölkəmizin uğurlarından, qazandığı nailiyyətlərin yeni bir müstəviyə qədəm qoyduğundan xəbər verir: “Gözləri daim xarici havadarlarının cibində olan xainlərin həmişə olduğu kimi bu dəfə də arzu və istəkləri ürəklərində qalacaq”.

sia.az

Digər xəbərlər