Siyasət

  • 4 483

Malik Həsənov: Azərbaycan dünyada sosial dövlət kimi tanınır

image

“Azərbaycanın mütərəqqi inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri uğurlu sosial siyasətin həyata keçirilməsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada sosial dövlət kimi tanınır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaşların rifahının və mənafeyinin dayandığını göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə, ölkəmizdə sosial sahədə atılan addımlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edib: “Cari ilin ötən dövründə minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu, olduqca yüksək göstəricidir və vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bu müddət ərzində reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi şəkildə müsbət təsir göstərib”.
“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar sosial təminat sahəsində də uğurlu nəticələr verib. Başqa sözlə, sosial müdafiə sisteminin gücləndirilməsi, həm modern, həm də şəffaf iş üsulları üzərində qurulması istiqamətində də davamlı və faydalı addımlar atılıb, mühüm nəticələr əldə olunub. Bütün bunlar onu göstərir ki, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqətindədir”,- deyə Malik Həsənov əlavə edib.

yap.org.az

Digər xəbərlər