Siyasət

  • 4 483

"Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verir" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və oradakı bir sıra rəsmilərlə görüşü artıq dərəcədə uğurlu və səmərəli oldu. Bu səfəri təkcə biz deyil, qarşı tərəf də yüksək qiymətləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Azərbaycanla Aİ arasında münasibətlərin inkişaf etdiyini deyən politoloq bildirib ki, əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha yaxın olmağa, Aİ-yə inteqrasiya yolunun daha da qısalmasına təsir edən amildir.F.Sadıqov söyləyib ki, münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır: “Bildiyiniz kimi Azərbaycanla Aİ arasında sazişin imzalanması nəzərdə tutulur ki, bu sənədin imzalanması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycanla yaxın olmaqda maraqlıdır. Çünki onlar Azərbaycan tərəfindən həyata keçirilən layihələrin Avropaya yönəldiyini çox yaxşı başa düşürlər”.Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olduğunu qeyd edən politoloq vurğulayıb ki, ölkəmiz bu ölkələrlə strateji tərəfdaşlıq edir: “Azərbaycan Avropanın iri şirkətləri ilə transmilli layihələr həyata keçirir. Bundan başqa Azərbaycanın Cənubi Qafqazda, eləcə də dünya siyasətində rolu və yeri də Avropa İttifaqının diqqətini cəlb edən məqamlardandır”.

sia.az

Digər xəbərlər