Siyasət

  • 3 990

“Həmin qüvvələr Brüsseldə rüsvay oldular” TƏMRAZ TAĞIYEV

image

“Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti zamanı bəzi Qərb dairələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirən bir qrup dırnaqarası siyasi mühacirin uğursuz teatr tamaşaları bir daha onların anti-milli və məkrli ünsürlər yığnağı olduğunu sübuta yetirdi”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, Azərbaycanın dinamik inkişafı və aparılan inqilabi islahatlar beynəlxalq aləm tərəfindən də diqqətlə izlənilir və qiymətləndirilir. məlumdur: “Əlbəttə ki, bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunur və əsas məqam da budur ki, xalqımız öz Prezidentinə, Onun yürütdüyü siyasətə inanır, dəstək verir. Heç bir aparıcı ölkədə bu cür sürətli inkişaf və tərəqqi prosesi getmir. O cümlədən, xalqın rifahının daha da yaxşılaşdırılması üçün hətta dünyanın ən inkişaf etmiş dövlətlərində belə, bu qədər nəhəng sosial layihələr ardıcıllıqla reallaşdırılmır.Azərbaycan dünyanın iqtisadi siyasətində mühüm yer tutur və enerji təminatçısı olaraq, həm də böyü layihələrin təşəbbüskarı, ideyavericisi qismində öndə gedir. Ordumuz dünyanın ən güclü orduları sırasında yer alır. Sadalanan faktlar yalnız bunlar deyil və digər əsaslı amillər də var ki, erməni lobbisi və onlara quyruq bulayan mənəviyyatsız satqınları ciddi şəkildə təlaşlandırır. Əbəs deyil ki, biz bunu yalnız Brüsseldə deyil, elə Azərbaycanda keçirilən müxtəlif sahələri əhatə edən böyük tədbirlər, konfranslar, idman yarışları, mədəniyyət və s. sahələr üçün nəzərə tutulan tədbirlər ərəfəsində də müşahidə edirik.Həmçinin, Qarabağ münaqişəsində ərazi bütövlüyümüzün qorunmasını əks etdirən bir çox sənədlərdə Azərbaycan diplomatiyası qətiyyətini nümayiş etdirir və Brüsseldəki Şərq tərəfdaşlığı sammitində biz ölkəmizin barışmaz mövqeyinin şahidlərinə çevrildik. Belə olan halda, həm daxili, həm də xarici qüvvələr müxtəlif çirkin məqsədlərini reallaşdırmağa çalışaraq, nailiyyətləri kölgəyə salmağa cəhdlər göstərirlər. Bu məsələdə erməni lobbisinin nökərləri olan sözdə siyasi mühacirlər dərhal var-gəl edir, suyu bulandırmağa çalışırlar. Beləliklə, Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən "siyasi mühacirlər" milli maraqlarımızı düşmən erməniyə satmaqla öz mənəviyyatsızlıqlarını nümayiş etdirirlər”.“Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və qavramaq iqtidarını itiriblər”, deyə qeyd edən Təmraz Tağıyev əlavə edib ki, belə qaragüruhçular yığnağı unudurlar ki, onlar heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxalq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cürə ləkələyə bilməzlər. Çünki onların qarşısında dövlətini, millətini, Prezidentini sevən xalq ordusu dayanıb”.YAP Nərimanov təşkilatının sədri həmçinin bildirib ki, Brüssel sammitində qaldırılan əsas məsələlərdən biri də işğal olunmuş torpaqlarımızla bağlı məqam idi və erməni lobbisi, eləcə də onların sapı özümüzdən olan baltaları hər vəchlə Qarabağ məsələsində haqqın-ədalətin Azərbaycanın tərəfində olmasının qarşısını almağa cəhdlər göstərdilər. Amma onların bu məkrli planları da baş tutmamış qaldı. Azərbaycanın güclü diplomatiyası, yürüdülən məqsədyönlü, qətiyyətli və dönməz xarici siyasət öz sözünü dedi. Nəticədə həmin qüvvələr rüsvay oldular, özü də Avropanın gözü Brüsseldə” Bu, onların ağır məğlubiyyətləri oldu. Brüsseldə edilən məkrli cəhdlər əslində belələrinin maskalarını bir daha yırtmış oldu. Sübut edildi ki, sapı özümüzdən olan baltalar bilavasitə ermənilərin kölələridirlər və onların bundan sonra ümumiyyətlə, Azərbaycan adından danışmağa haqları, ixtiyarları yoxdur. Xalq, öz dövlətinin yanındadır və dövlət də daim öz xalqının etimadına söykənərək, yalnız qələbələrə doğru yolunu davam etdirəcək. Bundan isə kimsənin şübhəsi olmamalıdır”.

sia.az

Digər xəbərlər