Siyasət

  • 4 229

"Bizim stabilliyimiz dünyaya nümunədir” ÖZƏL-MÖVQE

image

“Son günlərdə Azərbaycanda keçiriləcək olan futbol bayramına qarşı erməni lobbisi yenə qarayaxma kampaniyasına başlamaq istəyir. Onlar bir şeyi unutmasınlar ki, bizim stabilliyimiz dünyaya nümunədir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.Bizim dövlət həm öz vətəndaşlarının, həm də gələn qonaqların təhlükəsizliyinə qarant duracaq qədər güclüdür. Bunu Bakıda keçirilən birinci Avropa Oyunlarında, “Avroviziya” mahnı müsabiqəsində, İslam Həmrəyliyi Oyunlarında etməyə çalışdınız heçnə olmadı. Bir qram vicdan daşıyan kimsə ölkəmizin stabilliyi haqqında mənfi nəsə deyə bilməz. Bu, vicdansızlıqdır. O ki, qaldı erməni əsilli Henrikə, biz qəhrəman millətik, sizin kimi satqın və ya arxadan zərbə vuran deyilik. Biz müharibəni döyüş bölgəsində aparırıq. Aprel döyüşlərində bunun şahidi olduz axı?! Zamanı gələndə döyüşdə bir daha gücümüzü görəssiz. Qorxmaqda haqlısan amma Bakıda yox döyüş bölgəsində qorx”-deyə, S.Orucov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər