"Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dövlətin strateji xəttidir" RƏY-ÖZƏL

“Bəzi maraqlı dairələr, o cümlədən müxalifət Azərbaycanda hakimiyyət və onun apardığı siyasət barəsində cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışır, onlar Azərbaycanla Aİ arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Haqqında saziş barəsində yalan məlumatlar yayırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması əvvəlcədən nəzərdə tutulmayıb: “Kimlərinsə Azərbaycanın guya orada sazişə imza atmaması barədə ortaya Azərbaycan Aİ arasında imzalanacaq saziş üzərində işlərin getdiyini deyən deputat söyləyib ki, sənəddə əks olunan məsələlərlə bağlı tərəflər ortaq məxrəcə gəlmək üçün səy göstərirlər: “Bu baxımdan da kiminsə hansısa fikir söyləməsi yalnız o şəxsin subyektiv düşüncəsi kimi qəbul edilə bilər. Qeyd olunan sənəd həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib edilməlidir. Ona görə də hazırda bu sənəd üzərində iş gedir. Zamanı gələndə hər iki tərəfin razılaşdırdığı sazişin özü və imzalanacağı tarix cəmiyyətə təqdim olunacaq”.A.Mirzəzadə qeyd edib ki, imzalanacaq saziş təkcə Azərbaycana lazım deyil: “Həmin sənəd Azərbaycana nə qədər lazımdırsa, Avropaya da bir o qədər lazımdır. Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, konkret olaraq Avropadan ona heç nə lazım deyil. Azərbaycan öz potensialına, səylərinə arxalanaraq problemlərini həll etmək iqtidarındadır”.Deputat əlavə edib ki, Azərbaycanda daha demokratik, daha sivil dövlət quruculuğu istiqamətində də addımlar atılır, islahatçılıq gündəlik atmosferə çevrilir, insanların sosial-rifah halının daim yaxşılaşdırılması üçün işlər görülür: “Müstəqilliyimizin qorunması bizim üçün vacib məsələdir. Ərazi bütövlüyümüzün təmin olunması Azərbaycan dövlətinin strateji xəttidir. Ona görə də Azərbaycanı Avropa İttifaqı ilə imzalanacaq sazişdən asılı bir dövlət kimi təsəvvür etmək öz ölkəsinə hörmətsizlik etməkdən başqa bir şey deyil. Bir qədər əvvəl qeyd etdiyim kimi, hələlik saziş üzərində iş gedir. Bu saziş imzalanan zaman orada Azərbaycanın ərazi bütövlüyü, hər iki tərəfin əməkdaşlıq əlaqələrinə və maraqlarına cavab verəcək şərtlər mütləq şəkildə öz əksini tapacaq, təsdiq olunacaq”.

sia.az