Siyasət

  • 3 735

"Radikal müxalifəti xalq tərbiyə etməlidir" Əli Əhmədov

image

"Radikal müxalifəti xalq tərbiyə etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.YAP-ın Sədr müavini bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir: “Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri radikalçılığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir”.Ə.Əhmədov vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.

sia.az

Digər xəbərlər