"Növbəti seçkilərə qədər yeni siyasi güc yaranacaq" ERMƏNİSTANDA

Ermənistanın “Past” qəzetinin yazdığına görə, qısa zamanda ölkədə yeni siyasi qüvvə yaranacaq və bu siyasi güc kifayət qədər ciddi, perspektivli təşkilat olaraq formalaşacaq. SİA xəbər verir ki, adıçəkilən erməni nəşrinə bu barədə mənbələri məlumat verib. Qeyd olunur ki, həmin təşkilatda geniş əhatə dairəsinə malik olan tanınmış ictimai fiqurlar təmsil olunacaqlar.Nəşr aşkar edib ki, yaradılacaq siyasi partiya ideoloji planda millətçilik nüanslarına, eləcə də bəzi totalitar elementlərə malik olacaq. “Birmənalı olaraq demək çətindir ki, yaranacaq güc ideoloji axında və istiqamətdə çatışmazlıqları olan çoxsaylı erməni partiyaları içində necə söz sahibi olacaq, yaxud hansı rolu oynayacaq”, yazan “Past” əlavə edib ki, bu siyasi güc öz fəaliyyətini əsasən, ictimaiyyətin daha intellektual seqmentində aparacaq və vilayətlərdə iş aparmağa əhəmiyyət verəcək. “Mənbənin dediyinə görə, mümkündür ki, bu siyasi güc növbəti seçkilərə qədər kifayət qədər möhkəm mövqelərini təmin edəcək”, erməni nəşri qeyd edib.

sia.az