Siyasət

  • 3 608

"Paşinyanın Serj Sərkisyanın şəyirdi olduğu bəlləndi" ÖZƏL-ŞƏRH

image

"Şuşanın işğalının növbəti ildönümündə Serj Sərkisyan və Nikol Paşinyan eyni vaxtda Dağlıq Qarabağda oldular. Yerevanda onların arasında mütəmadi əlaqələri istisna etmirik. N.Paşinyanın əlində olan ATƏT-in Minsk Qrupunun tərtib etdiyi tənzimlənmə variantı ermənilərin maraqlarının tam əksinə olan bir variantdır. N.Paşinyanın yalnız ümummilli məsələlərə görə ortada olan tənzimlənmə variantını açıqlamadığını bildirdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ məsələsində iflasa uğraması və Ermənistanın iflasa uğramasının məsuliyyətinin N.Paşinyanın boynuna düşməməsi üçün N.Paşinyan eks-prezident S.Sərkisyanla əməkdaşlıq edir: "Onun Dağlıq Qarabağda S.Sərkisyanla bir yerdə olduqdan sonra verdiyi bəyanatlarda ən azı 2 məsələ kifayət qədər diqqəti çəkir. Bunlardan biri “Dağlıq Qarabağ xalqı” terminini istifadə etməsidir. Digəri isə danışıqların yeni dövriyyəsinin başlanmasıdır. Hər 2 məsələ vaxtı uzatmağa yönəlib.S.Sərkisyan N.Paşinyanı başa salıb ki, yalnız “möcüzə” Ermənistanı xilas edə bilər. “Möcüzəni gözləmək” üçün isə müəyyən vaxt lazımdır. Amma bu vaxtın çərçivəsi bəlli deyil. N.Paşinyan eynilə S.Sərkisyanın getdiyi yolu təkrarlamaq məcburiyyətindədir.Yeni danışıqlar dövriyyəsinə heç kəs Paşinyana imkan verməyəcək. N.Paşinyan yeni olduğu üçün beynəlxalq aləm ona müəyyən vaxt limiti ayırıb. N.Paşinyan beynəlxalq ictimaiyyətin ona ayırdığı vaxt limitindən uğurla istifadə etməyə çalışmalıdır. S.Sərkisyanın dediyi vaxt N.Paşinyanın özünü də, rəhbərlik etdiyi Ermənistanı da iflasa aparır. İkincisi, “Dağlıq Qarabağ” adlı xalq yoxdur, S.Sərkisyan bunu sübut edə bilmədi.Paşiyan Sərkisyan deyil. Həm zaman tam fərqlidir.Ermənistan əvvəlki Ermənistan deyil. S.Srkisyan N.Paşinyanın iflasına ancaq sevinəcək. “Dağlıq Qarabağ xalqı”, ““Artsax” (Dağlıq Qarabağ) xalqı”, “Dağlıq Qarabağ erməniləri” etnonimləri mövcud deyil. Paşinyanın əlində olan sənədlərdə “Dağlıq Qarabağ əhalisi” termini istifadə olunur, Dağlıq Qarabağın taleyini də yalnız Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Ona görə N.Paşinyan indi Dağlıq Qarabağ ermənilərinin ayrıca bir xalq olduğunu sübut etmək üçün yalnız Don Kixotluqla məşğul olmalıdır. Dağlıq Qarabağ ermənilərinin Ermənistan ermənilərindən fərqli millət olduğu özü kifayət qədər riskli anlayışdır. Bu ifadəni Qarabağ klanın təmsilçiləri işlədə bilərlər, amma Yerevan təmsilçisinin işlətməsi gələcəkdə çox ciddi nəticələrə gətirib çıxara bilər. Məhz Paşinyana diasporla Ermənistan, eləcə də Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında nifaq salmaqda əlavə ittihamlar irəli sürülə bilər.Dağlıq Qarabağ problemini həll etməzsə, Paşinyan və Ermənistan məhv olacaq. Dağlıq Qarabağ probleminin yaxında həlli Ermənistanı xilas edəcək. Amma Paşinyan üçün risk yaradacaq. Paşinyan bu riski minimallaşdıra bilər".

sia.az

Digər xəbərlər