Siyasət

  • 3 801

YAP Xocavənd rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

image

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.Konfransı giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov konfrans nümayəndələrini salamlayıb və konfrans işinə başlayıb.Konfransda YAP Xocavənd rayon Gənclər Birliynin sədri Vüsal Hüseynov (hesabat çıxışı), Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, fəal gənclərdən Anar İbrahimov, Ləman Quliyeva, Gültəkin Qaraşova və digərləri çıxış ediblər.Konfransda Hüseynov Vüsal Cavay oğlu YAP Xocavənd rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda 9 nəfərdən ibarət Şuranın üzvləri, 7 nəfərdən ibarət idarə heyəti və YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndə seçilib.Konfransda YAP sıralarına yeni üzv olan 11 nəfərə vəsiqələr və qiymətli hədiyyələr verilib.Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.

sia.az

Digər xəbərlər