Siyasət

  • 3 387

Əli Əhmədov: Azərbaycanın malik olduğu resurslar insanların daha sağlam qida ilə təmin edilməsinə kömək edir

image

Azərbaycanın malik olduğu resurslar insanların daha sağlam qida ilə təmin edilməsinə kömək edir.Bunu Baş nazirinin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyada baş verən proseslər Azərbaycanda da özünü göstərir:
"Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb. Amma əhali sayı artsa da, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bununla əlaqədar olaraq, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb".
Baş nazirin müavini qeyd edib ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var:
"Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və səmərəli siyasət nəticəsində bu problem Azərbaycanda köklü şəkildə həll edilib. Azərbaycan üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb".
Əli Əhmədov əlavə edib ki, genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda ölkəmizə gətirilən qida məhsullarının da nə qədər təhlükəsiz olduğu kimi vacib problemi ortaya qoyur:
"Bu mənada hesab edirəm ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. Biz inanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində, həm də xaricdən məhsulların daha ciddi standartlara uyğun şəkildə ölkəyə daxil olması normalarını müəyyənləşdirmək əsasında vətəndaşların təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək".

yap.org.az

Digər xəbərlər