"Azərbaycan-AB münasibətlərini tənzimləyən çoxşahəli sənəd üzərində iş gedir" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Şərq Tərəfdaşlığı sammitində çox önəmli hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Əslində Azərbaycanın Avropa Birliyi ilə bir neçə istiqamətdə tərəfdaş olduğunu deyən deputat söyləyib ki, iki tərəf arasında enerji tərəfdaşlığı ilə bağlı saziş imzalanıb və hazırda da Azərbaycan-AB münasibətlərini tənzimləyən çoxşahəli sənəd üzərində iş gedir.A.Mollazadə söyləyib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı AB rəhbərliyi ilə görüşməsi ölkəmizin xarici ticarətində ən böyük tərəfdaşları ilə münsaibətlərinin daha da genişləndirəcək: “Bununla yanaşı səfər zamanı Azərbaycana qarşı olan haqsızlıq, beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən çox kobud şəkildə pozulmasını Avropa rəhbərlərinin və ictimaiyyətinin diqqətinə çatdırmaq imkanı yarandı. Bu baxımdan Brüssel səfərini çox önəmli hesab edir və əminəm ki, Azərbaycan Aİ ilə öz münasibətlərini məhz çoxşahəli sistem kimi formalaşdıracaq. Bu həm Azərbaycanın, həm də Avropa Birliyinin maraqlarına uyğundur".Azərbaycanın bölgədə çox böyük rola malik olduğunu qeyd edən deputat ölkəmizin yaratdığı nəqliyyat dəhlizini xüsusi vurğulayıb.A.Mollazadə əlavə edib ki, Aİ ilə Azərbaycan arasında münasibətlər gələcəkdə hər iki tərəfə çox ciddi müsbət imkanlar yaradacaq: “Bununla yanaşı Azərbaycan üçün Avropanın mədəniyyət, təhsil sahəsində əməkdaşlıq çox önəmlidir. Biz öz dəyərlərimizi bu münasibət və əlaqələrlə daha da gücləndirə bilərik”.

sia.az