Siyasət

  • 3 681

"Erməni mətbuatında Paşinyanı məsxərəyə qoyurlar" ÖZƏL-MÜNASİBƏT

image

“Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı Zirvə görüşündə iştirak etmək üçün Brüsselə getmişdi. O tədbirə qatılır və sonradan tədbiri yarımçıq qoyaraq Çinə üz tutur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, artıq bununla bağlı erməni mətbuatında Paşinyanı məsxərəyə qoyurlar: “Qeyd edirlər ki, “əgər Brüsselə getmisənsə axıra qədər tədbirdə iştirak et və sonda bilki nələr müzakirə ediləcək”. Bildiyiniz kimi həmin tədbirdə 34 dövlət (28 Avropa İttifaqı lideri və 6 Şərq Tərəfdaşlığı ölkəsi) təmsil olunurdu . Siz təsəvvür edin ki, onlardan 33-ü sonadək tədbirə qalır və hadisələri izləyir amma Paşinyan tədbiri yarımçıq qoyaraq tərk edir. Təbii ki, bunun səbəbi də bəllidir. Paşinyan dəfələrlə Brüsselə səfər edib. Bu səfərlərində onu yalnız bir sualın cavabını tapmaq düşündürür. “Bizə nə vaxt yardım edəcəksiniz?”. O sonda da əli ətəyindən uzun geri qayıdır. Erməni ekspertlər çox diqqətlə bu məsələni izləyirlər. Onların özləri yazırlar ki, “deyəsən Paşinyan üçüncü stulda oturmaq xəttini seçib”. Təbii ki, iki stul var idi. Onlardan biri Rusiya, digəri isə Amerika idi. İndi isə o Çinə üz tutur. Bu gün Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Pekində keçirilən sonuncu “Bir kəmər, bir yol” Forumunda da Ermənistandan savayı demək olar ki, bütün Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin liderləri iştirak ediblər. İndi belə çıxır ki, Ermənistan tək bu qurum çərçivəsində deyil, ikitərəfli formatda Çinlə əlaqələrdə maraqlı olduğunu göstərmək istəyir. Təbii ki, bu da Avrasiya İqtisadi İttifaqının daxilində çox böyük mənfi reaksiya doğurur”.

sia.az

Digər xəbərlər