Siyasət

  • 3 865

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilmişdir

image

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilmişdir.

YAP Oğuz rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda giriş sözü ilə cıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Gənclər Birliyinin fəaliyyəti haqqında fikirlərini səsləndirdi və konfransın işinə uğurlar arzuladı.
Konfransda YAP Oğuz rayon təşkilatının Gənclər Birliynin sədri Mehman Ramazanov, Oğuz rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Naxçıvanski, fəal gənclərdən Alcanov Elşən, Həmidov Cavid, Ramazanov Sənan və digər yoldaşlar çıxış etmişlər.
Konfransda Alcanov Elşən Gülməmməd oğlu YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir. Eyni zamanda 21 nəfərdən ibarət Şuranın üzvləri, 7 nəfərdən ibarət idarə heyəti , YAP Gənclər Birliyinin ümumrespublika konfransına 2 nəfər nümayəndə seçilmişdir.

yap.org.az

Digər xəbərlər