Siyasət

  • 4 252

"Hər bir azərbaycanlı Prezidenti dəstəkləməlidir" millət vəkili

image

Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti Belçikaya səfər etdi, Belçika kralı ilə görüşdü və görüşdə ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı: “Aİ Şurasının prezidenti ilə də vacib görüş oldu. Belə olan halda , azərbaycanlılar işğalçı ölkənin baş nazirinə qarşı protest etməlidir. Son dövrlərdə bu istiqamətdə işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür”.

sia.az

Digər xəbərlər