Siyasət

  • 7 265

YAP Şamaxı rayion təşkilatı GB-nin V hesabat konfransı keçirilib

image

Şamaxı rayon Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı Gənclər Birliyinin V hesabat - seçki konfransı keçirilib. Konfransda 85 ərazi təşkilatından 300 nəfər iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.Çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov Gənclər Birliyinin V hesabat - seçki konfransını açaraq qeyd edib ki, bu gün 7790 nəfər üzvünün birləşdiyi YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin konfransına toplaşıb. Qeyd olunub ki, hazırda rayon təşkilatında 3767 nəfərini gənclər təşkil edir. Bunlardan 2042 nəfəri qadın, 1255 nəfəri ali, 933 nəfəri orta ixtisas, 1519 nəfəri orta təhsilli olmaqla onlardan 742 nəfəri təhsil, 201 nəfəri mədəniyyət, 634 nəfəri səhiyyə, 135 nəfəri idarəetmə orqanlarında və 856 nəfəri digər idarə və müəssisələrdə işləyirlər.Sonra YAP Şamaxı rayon təşkilatının Gənclər Birliyinin sədri Nüranə Məmmədova hesabat məruzəsi ilə edib.

Məruzə ətrafında ADPU Şamaxı filialının tələbəsi Sevda Məmmədli, Şamaxı dövlət regional kollecinin müəllimi Bəşir Lazımov, ADPU Şamaxı filialının tələbəsi Məhərrəm Məhərrəmli çıxışlarında qeyd ediblər ki, müasir tariximizin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etdirmiş bu nadir şəxsiyyətin, siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir”, deyə bildirən natiqlər vurğulayıblar ki, Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur.Sonra konfransın qətnaməsi qəbul edilib. 17 nəfərdən ibarət YAP Şamaxı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü və 11 nəfərdən ibarət İdarə Heyəti seçilib. Nüranə Məmmədova YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri, Bəşir Lazımov və Simral Mahmudov sədrin müavinləri seçildilər. 2 nəfər YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndə seçilib.Konfransın işində iştirak edən YAP-ın Siyasi Şurasının üzvləri - Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, millət vəkili , parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Ucar rayon gənclərinin bundan sonra da ölkəmizin ictimai həyatında fəal iştirak etməyə çağıraraq Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndiriblər.

sia.az

Digər xəbərlər