Siyasət

  • 4 275

"Köçəryanın azad edilməsi Putinin Paşinyan üzərində qələbəsi idi" ÖZƏL-ŞƏRH

image

Ermənistanın eks-prezidenti Robert Köçəryanın gözlənilmədən həbsdən azad edilməsi nə deməkdir və bu olay hadisələrin sonrakı inkişafına necə təsir edəcək?Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib ki, birincisi, bu Qarabağ klanının gücünü göstərir: "Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırki baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür.İkincisi, Köçəryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoydu. Köçəryanın həbsi onun dostu – Rusiyanın prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, “mənim dostumu azad et”. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsi idi.Üçüncüsü, Köçəryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan Qarabağ klanının əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Köçəryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Xankədinin dəstəyinə arxalanaraq Köçəryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar.

sia.az

Digər xəbərlər