Siyasət

  • 4 434

Əli Kərimlini manyaka çevirən məqamlar hansılardır? ANALİTİK

image

AXCP sədrinin kürkünə birə düşməsinə səbəb olan faktlar

Sirr deyil ki, Əli Kərimli onun sərsəm baxışların bölüşməyən, yaxud partiyası daxilində apardığı siyasətinə qarşı etirazlı münasibət bildirən hər kəsi – hətta ən yaxın adamı olsa belə, özündən kənarlaşdırır, üstəlik həmin adamlara qarşı çirkin, iyrənc qarayaxma kampaniyaları başladır. Ümumiyyətlə, AXCP sədrinin uzun illərdir belə bir mövqedə dayanması istər partiyasının dəfələrlə parçalanmasına, istər müavinlərinin AXCP sıralarını tərk etməsinə, istərsə də partiyadaxili qiyamların qalxmasına səbəb olub. Bu gün onu siyasətçi kimi deyil, manyak kimi qiymətləndirənlər də az deyil.
Bir neçə Orduxan, Vidadi tipli gəda-güdaları çıxmaq şərti ilə, bəzi “siyasi mühacirlər” açılım məsələsinə önəm verməyə başlayıblar ki, bu realıq Əli Kərimlini ciddi şəkildə təlaşlandırır
Bu arada, Avropada özlərini “siyasi mühacir” kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən satqınlar, xainlər yığnağının sıraları get-gedə seyrəlməyə başlayıb. Bir neçə Orduxan, Vidadi tipli gəda-güdaları çıxmaq şərti ilə, bəzi “siyasi mühacirlər” açılım məsələsinə önəm verməyə başlayıblar ki, bu realıq Ə.Kərimlini ciddi şəkildə təlaşlandırır. Belə ki, sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, özünü kürkünə birə düşmüş kimi aparan AXCP sədrinin aqressiv, dözümsüz və psixoloji sarsıntıya uğramış fərd kimi aparması qeyd edilən nüansları sübut etməkdədir. Onu təlaşlandıran amil isə budur ki, “siyasi mühacirlər” öz səhvlərini anladıqca, fəaliyyətlərində yumşalma nümayiş etdiərəcəklər, bu vasitə ilə ondan kənarlaşacaqlar. Beləliklə, Əli Kərimli ortada yalnız qalacaq. Yəni onun siyasi şivənçilik metoduna dəstək verənlər tapılmayacaq.
Bu, AXCP sədrinin xəstə təfəkküründə yer almış bəd xassəli şişə çevrilən gerçəklidir
Yeri gəlmişkən, AXCP sədrinin hakimiyyətə qarşı nifrət hissinin aqressivliklə müşahidə edilməsi onun manyaklıq hisslərini daha çox aşkara çıxarmağa başladıb. Hətta onun düşüncəsinə görə, dünyada müxtəlif ağır qətllər törədən və bu gün həyatda olmayan manyaklar dirilib iqtidarın siyasətini hədəfə alarlarsa, onlar dərhal Ə.Kərimli tərəfindən “siyasi məhbus” elan edilərlər. O, hətta həmin manyakların Azərbyacan hakimiyyəti tərəfindən “təqiblərə”, “basqılara” məruz qaldığını da sərsəmcəsinə iddia edə biləcək qədər ucuz şoular yaratmağa başlayar. Bu, AXCP sədrinin xəstə təfəkküründə yer almış bəd xassəli şişə çevrilən gerçəklidir. Ona görə də, Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb və özünü idbar xasiyyətlərə malik olan manyaklar kimi aparır.
Əli Kərimli son vaxtlar islah olunmuş mühacirlər barədə də çənə döyür, bu isə müəyyən mənada Emin Milliyə vurulan eyham kimi anlaşılır
Bu arada, daha bir “siyasi mühacirin” – Meydan TV-nin istefa vermiş rəhbəri Emin Millinin son zamanlar yumşalma tendesnsiyaları ilə çıxış etməsi, ifrat radikalizmin, nifrət üzərində qurulmuş siyasətin siyasi mübarizədə yerinin olmaması barədəki fikirləri cəbhəçilərin sədrinin yuxusunu ərşə çəkib. O, ehtiyat edir ki, sabah-birigün digər “siyasi mühacirlər” də E.Milli tərzində yumlaşma metoduna əl ataraq, ölkəyə geri dönmək yollarını axtarıb-aramağa başlayacaqlar. İlginc məsələ isə budur ki, Ə.Kərimli son vaxtlar islah olunmuş mühacirlər barədə də çənə döyür, bu isə müəyyən mənada E.Milliyə vurulan eyham kimi anlaşılır. Hətta belə demək mümkündür ki, Ə.Kərimli E.Millinin bostanına daş atır. Son vaxtlar onun trollarının E.Millini söyümələri, ən ağır təhqirlərə məruz qoymaları da bu xüsusdadır.
Onda vəhşiləşmə, manyaklaşma halları daha çox artmağa başlayır...
Sonda isə belə bir faktı xatırlamaq olar. 26 ildir ki, “biz gəlirik”, “qələbə bizimdir” tipli şüarları ilə insanların sözün əsl mənasında zəhləsini aparan AXCP sədri həmin illər ərzində ən yaxın ətraflarını itirə-itirə gəlib. Əbəs deyil ki, bu gün AXCP 6-7 yerə parçalanaraq, müxtəlif adda digər siyasi müxalifət partiyalarına çevriliblər. Bütün bu reallıqları dərk etməsi, gedənlərin onun manyaklıqları ucbatından istefa vermələrini anlaması yerinə, Ə.Kərimli özünü ciddi-cəhdlə “təmizə” çıxarmağa sət göstərir, göstərdikcə isə, daha çox özünü ifşa edir. Baxın, bu gün mərhum Elçibəyin dövründə olan AXCP funksionerlırindən heç biri onun yanında qalmayıb. Bu boşluğu isə reneqatlar, heç bir əxlaqı olmayan ünsürlər və zombilər doldurublar ki, onların da zamanları müəyyən olunmuş vaxta qədərdir. Bunu Kərimli də yaxşı bilir. Bildiyi üçün də onda vəhşiləlmə, manyaklaşma halları daha çox artmağa başlayır...

sia.az

Digər xəbərlər