Siyasət

  • 3 563

"Brüssel səfəri ölkəmizlə Aİ arasında əlaqələrin yeni mərhələsinin davamı idi" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin Avropa İttifaqı “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində Brüsselə səfəri Azərbaycan üçün uğurlu olmaqla yanaşı, ölkəmizlə Aİ arasında mövcud əlaqələrin yeni mərhələsinin davamı idi. Prezident İlham Əliyev də çıxışlarında vurğuladı ki, Azərbaycanla Avropa İttifaqı arasında həm siyasi, həm də iqtisadi əlaqələr çox sıxdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycanda sərmayəçi kimi çıxış etdiyini dilə gətirən deputat bildirib ki, Avropa ilə Azərbaycan arasında enerji sahəsini əhatə edən layihələr həyata keçirilir.C. Osmanov söyləyib ki, bununla yanaşı Aİ ilə Azərbaycan arasında imzalanacaq saziş hər iki tərəf müxtəlif sahələrdə xeyr gətirəcək: “Azərbaycan üçün mühüm sayılan məsələ ölkəmizin ərazi bütövlüyüdür ki, bu məqam da sözügedən sazişdə öz əksini tapacaq. Prezdent İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanla bağlı bütün layihələr, sazişlər ərazi bütövlüyümüz çərçivəsində imzalana bilər”.Prezident İlham Əliyevin uğurlu Brüssel səfərinə kölgə salmaq istəyənlərin də olduğunu vurğulayan deputat qeyd edib ki, üzdəniraq erməni lobbisinin əli ilə çalışan bir iki nəfər ölkəmizin imicinə zərər gətirməyə çalışsa da , onların heç biri qəbul olunmadı: “ Çünki Azərbaycan xalqı Prezidentinə inanır və onu bütün məsələlərdə dəstəkləyir”.

sia.az

Digər xəbərlər