Siyasət

  • 2 944

Prezident İlham Əliyevin uğurlu siyasət tandemi-Xalqın Prezidenti

image

Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyəti bütün sahələrdə öz müsbət nəticələrini verməkdə davam edir. Belə ki, dünyanın qlobal problemlər burulğanında çalxalandığı bir zamanda, Azərbaycanın istər iqtisadi, istər sosial, istərsə də digər sahələrdə əldə etdiyi ardıcıl nailiyyətləri beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanın dünyanın mərkəzi rolunda çıxış etməsi faktorunun önə sürülməsi də əbəs deyil. Təbii ki, bütün bunlar birbaşa uzaqgörən, müdrik və məqsədyönlü siyasət yürüdən Cənab İlham Əliyevin nəhəng təcrübəsindən və bilgilərə malik olmasından irəli gələn reallıqdır. Məqsəd isə bir maraq üzərində qurulub - dövlətimizin daha da qüdrətli olması, xalqımızın rifah halının daha da yaxşılaşdırılması gerçəkliyi.

Azərbaycanın dünyaya təqdim etdiyi yeni siyasi-iqtisadi model bir brendə çevrilib və bütün bunlar bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır, habelə, əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur. Çünki Azərbaycanın hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Qəbul olunan və icra edilən yol xəritələri və digər qərarlar, əsasən, bu məqsədə xidmət edir.

Digər tərəfdən, Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir, bu layihələrin icrası qarşıdan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsi və maliyyə imkanlarının artmasını təmin edəcəkdir. O cümlədən, ölkəmizin fəal iştirakçısı olduğu nəqliyyat dəhlizləri ölkənin regional gücə çevrilməsini, tranzit ölkə kimi imkanlarının böyük dərəcədə genişlənməsini və maliyyə imkanlarının artmasını təmin edəcək. Bütün bunları isə mərhələli şəkildə izah etmək mümkündür.

Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi Azərbaycanda formalaşmışdır

- Ölkənin qeyr-neft sənayesinin inkişafı, yeni zavod və fabriklərin açılması, sənaye komplekslərinin yaradılması;

- kənd təsərrüfatının inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, pambıqçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və digər sahələrin dirçəldilməsi, aqroparkların yaradılması, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi və s. Kənd təsərrüfatı sahəsində yeni islahat kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsini, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, kənd təssərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasını, bazar infrastrukturunun təkmilləşdirilməsini və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını nəzərdə tutur;

- turizmin inkişafı, yeni turizm mərkəzlərinin yaradılması, otellərin tikintisi, viza rejiminin sadələşdirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və s;

- müasir texnologiyaların inkişafı, Azərbaycanın kosmik dövlətə çevrilməsi;

- ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət;

- regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində bölgələrin sürətli inkişafı, bütün infrastrukturun müasir tələblər çərçivəsində yenidən qurulması;

- sahibkarlara dövlət dəstəyi, biznes mühitinin yaxşılaşdırılması;

- xarici investisiyaların təşviqi və s;

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi Azərbaycanda formalaşmışdır. Ölkəmiz iqtisadiyyatın rəqabət qabiliyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutur. Dünya Bankının biznes mühitinə dair hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdədir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.

Sosial sahəni əhatə edən mərhələlər

Bildiyimiz kimi, 2019-cu ilin əvvəlindən başlayaraq, əhalinin sosial təminatının daha da gücləndirilməsi və rifah halının yüksəldilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilməyə başlanılıb və bu gün də dinamik şəkildə davam etdirilməkdədir. Bu dinamiklik əhalinin bütün təbəqələrinə öz müsbət təsirlərini göstərir:

- Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları, maaşların, pensiyaların, sosial müavinətlərin, müxtəlif istiqamətlər üzrə ödənişlərin kəskin artırılması;

- Ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsi;

- Sosial paketin həyata keçirilməsi və 3 milyondan çox insanın öz maddi vəziyyətini yaxşılaşdırması;

- Sosial infrastrukturun yenidən qurulması;

- Dövlət başçısının vətəndaşlarla görüşü, onların problemlərinin həlli ilə bağlı yerindəcə verdiyi tapşırıq və göstərişləri;

- Cənab Prezidentin regionlara səfərləri, mövcud vəziyyətlə yerində tanış olması, açılışlarda iştirakı, problemlərin həlli ilə bağlı verdiyi tövsiyə və tapşırıqları;

- Yeni iş yerlərinin yaradılması;

- Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, 100-dən çox köçkün qəsəbəsinin salınması, yüz minlərlə insanın müasir yaşayış şəraiti ilə təmin edilməsi;

- Səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması;

- İdmanın inkişafı, Olimpiya mərkəzlərinin və yeni idman qurğularının tikintisi;

- Paytaxtda və bölgələrdə aparılan abadlıq işləri, parkların, xiyabanların salınması, insanların rahatlığının təmin olunması üçün həyata keçirilən çoxsaylı digər tərdbirlər;

- İcbari tibbi sığorta və əhalinin tibbi müayinəsinin təşkil edilməsi;

- Aztəminatlı ailələr üçün sosial evlərin tikilməsi;

- Özünüməşğulluq proqramının geniş tətbiqi və s.

Mədəni irsin qorunub-saxlanması, milli və dini tolerantlığın daha da gücləndirilməsi, mədəniyyət abidələrinin, dini məbədlərin bərpa olunması və bu istiqamət üzrə digər çoxsaylı tədbirlər həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərdən biridir. Bütün bu amillər qeyd edilən fikirlərlə sintez təşkil edir və bu sintez Azərbaycan xalqının sosial-rifah halının gücləndirilməsinə xidmət göstərir.

Radikal müxalifətin, daxildə və xaricdəki antimilli qrupların fəaliyyəti ifşa olunur və xalq onların əsl simasını yaxşı tanıyır

Belə bir deyim var: “Daxili sabitlik olmazsa, heç bir inkişafdan danışmağa dəyməz”. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin daxilində yaratdığı sabitlik mühiti bir sıra məqamlarda özünü sübuta yetirib. Çünki Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yürüdülən məqsədyönlü siyasət antimilli ünsürləri və onların havadarlarının yollarına keçilməz sədd çəkir. Onlar sabitliyə qarşı nə qədər pozuculuq fəaliyyəti göstərsələr də, həmin cəhdlər ifasa uğrayır. Belələrinin, yürüdülən siyasətin mahiyyətini təhrif etmək, ictimai rəyi çaşdırmaq istiqamətində apardıqları qarayaxma kampaniyası anındaca ifşa olunur, sözdə siyasətçi yığnaqları rüsvayçı məğlubiyyətlərə, ardıcıl olaraq, tuş gəlirlər. Bəs bu uğurların təməlində hansı sirrlər dayanır?

-Dünyanın müxtəlif bölgələrində gedən mürəkkəb proseslər, ayrı-ayrı ölkələrdə müşahidə olunan gərginlik fonunda Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət ölkəmizin milli maraqlarının qorunmasını, Azərbaycanda sabitliyi, təhlükəsizliyi və ölkənin dinamik inkişafını təmin edir;

-Radikal müxalifət xaricdən aldığı sifarişlərə əsasən, qondarma iddialar irəli sürərək, hakimiyyəti gözdən salmağa, ölkədə sabitliyi pozmağa və bu yolla hakimiyyətə təzyiq göstərərək, özünün və xarici havadarlarının siyasi və iqtisadi iddialarını reallaşdırmağa cəhd edir;

- Ayrı-ayrı şəxslər, siyasi qruplar populyarlaşmaq və ictimai rəydə təsdiq olunmaq üçün bu və ya digər məsələləri qabardır, bunun üzərində öz təbliğatlarını qurmağa çalışırlar;

- Müxtəlif yollarla xarici ölkələrə üz tutub, çirkin kampaniyalara cəlb olunan antimilli ünsürlərin əməlləri öz dövlətinə və xalqına qarşı xəyanətdən başqa bir şey deyil;

- Xarici anti-Azərbaycan qüvvələr nəzarətlərində olan media və QHT şəbəkəsi vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya aparır, bununla da, öz maraqlarını təmin etməyə çalışırlar. Mayın 29-da Avroliqanın finalı ilə əlaqədar təşkil olunan qarayaxma kampaniyası bunu bir daha sübut edir;

- Radikal müxalifətin, daxildə və xaricdəki antimilli qrupların fəaliyyəti ifşa olunur və xalq onların əsl simasını yaxşı tanıyır.

Məhkəmə-hüquq sistemi sahəsində islahatların dərinləşdirilməsi

- Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi;

- Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi;

- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə ixtisaslaşmış məhkəmənin yaradılması;

- Hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi;

- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

- Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması;

- Məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, “Elektron icra - informasiya” sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması.

Struktur islahatları, idarəçilik mexanizminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması sahəsində:

- Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;

- Müasir kadr potensialının gücləndirilməsi;

- Dövlət orqanlarının fəaliyyətində bürokratiya və süründürməçilik kimi neqativ halların aradan qaldırılması;

- Korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı institusional, sistem xarakterli tədbirlərin həyata keçirilməsi;

- “ASAN Xidmət” nümunəsinin genişləndirilməsi və s.

Azərbaycan fəal, prinsipial və milli maraqlara hesablanmış müstəqil xarici siyasət yürüdür

Beləliklə, xarici siyasətə də önəmli uğurların qazanılması birbaşa daxili siyasətdəki ardıcıllıqların məntiqi nəticəsidir.

Çünki Azərbaycan fəal, prinsipial, milli maraqlara hesablanmış müstəqil xarici siyasət yürüdür, yüksək beynəlxalq nüfuza malikdir, regionun siyasi, iqtisadi, humanitar mərkəzi rolunu oynayır, bir sıra səmərəli təşəbbüslərin, yeni əməkdaşlıq formatların müəllifi və fəal iştirakçısıdır, bölgədə və dünyada sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasına əməli töhfə verir. Azərbaycan xarici əlaqələrini daim genişləndirir, dünyada etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığını inkişaf etdirir. Bakı mühüm beynəlxal tədbirlərin keçirildiyi məkandır.

Azərbaycan hakimiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində prinsipial siyasət yürüdür və heç bir qüvvə onu öz mövqeyindən çəkindirə bilməz!

Rövşən RƏSULOV

Digər xəbərlər