Siyasət

  • 3 425

"Aİ ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik mühitini yüksək qiymətləndirir" RƏY-ÖZƏL

image

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.Avropa İttifaqının Azərbaycanın ən iri tərəfdaşlarından biri olduğunu deyən deputat söyləyib ki, qarşı tərəf ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik, eyni zamanda investisiya mühitini yüksək qiymətləndirir: “Bunun nəticəsidir ki, Aİ indiyədək Azərbaycan iqtisadiyyatına iyirmi milyard dollardan çox sərmayə qoyub”.Prezident İlham Əliyevin bi neçə gün bundan öncə Brüsselə səfərini xatırladan E.Quliyev vurğulayıb ki, səfər zamanı ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti, etibarlı tərəfdaş olduğu bir daha vurğulanması böyük əhəmiyyət kəsb edir.Onun sözlərinə görə, regionda həm geoiqtisadi, həm də geosiyasi cəhətdən strateji əhəmiyyət kəsb edən mühüm layihələrin həyata keçirilməsi məhz Azərbaycanın təşəbbüskarlığı və yaxından iştirakı ilə baş tutub: “Azərbaycanın təşəbbüsü olan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi prosesində Avropa İttifaqı ilə ölkəmiz arasında daha yaxın əməkdaşlıq qurulub”.Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq bəyannamələrini qəbul etməklə Aİ-yə üzv dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq münasibətləri qurub: “Bu, təbii ki, ümumilikdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli intensiv inkişafı üçün mühüm zəmin yaradır”.

sia.az

Digər xəbərlər