Siyasət

  • 4 668

Nikol Qarabağ klanına uduzur SIYASI RAKURS

image

Ermənistanda qanlı qarşıdurmalar baş verə bilər

Ermənistandakı “məxməri inqilabdan” bir ildən artıq zaman keçsə də, Nikol Paşinyan hakimiyyəti nəinki verdiyi siyasi-iqtisadi vədlərini yerinə yetirə bilmir, o cümlədən, Qarabağ klanı ilə mübarizədə açıq-aşkar uduzur. Bu reallıq özünü Ermənistanın ikinci, “DQR”in isə birinci “prezidenti” olmuş Robert Koçaryanın azadlığa buraxılması faktında göstərdi. Özü də, Qarabağ ermənilərinin iki “prezidentinin” - hazırkı Bako Saakyanla sabiq Arkadi Qukasyanın Yerevan məhkəməsinə gedərək, Koçaryana zamin dayanmaqla...
Paşinyan Qarabağ klanı ilə Yerevan ermənilərinin alovlanmış münasibətlərinin üzərinə necə benzin tökdü?
Yeri gəlmişkən, onu da xatırlatmağa dəyər ki, Şuşanın işğalının növbəti ildönümündə “DQR”də keçirilən mərasimə qatılan Nikol Paşinyan orada özünü demək olar ki, tənha hiss edib. Daha doğrusu, nə Qukasyan, nə də Saakyan Paşinyanın həndəvərində görünməyərək, ondan yan gəziblər. Ermənistan mətbuatı da həmin ərəfələrdə həmin nüansa diqqət çəkərək, Paşinyanın pərt vəziyyətdə qalması barədə yazılar dərc edib. Bunun da əlbəttə ki, səbəbi var. Səbəb isə ondadır ki, həmin günədək hər iki “prezident” Koçaryanın bir neçə günlük azadlığa buraxılaraq, Şuşaya gəlməsi üçün müraciət ünvanladılar, hətta zamin dayanacaqlarını da söz verdilər. Ancaq Nikol bu məsələni Ermənistanın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək, hər ikisinin sözlərini yerə vurdu. Bu fakt isə, onsuz da kəskin qarşıdurmalar həddinə çatmış Qarabağ klanı ilə Yerevan ermənilərinin alovlanmış münasibətlərinin üzərinə benzin tökdü.
Beləliklə, həmin fakt Qukasyan-Saakyan cütlüyünün barışmaz mövqeyə keçmələrinə, habelə Nikol Paşinyana qarşı daxili cəbhə açmalarına səbəb oldu. Yerevanda onların müraciətləri əsasında keçirilmiş məhkəmədə isə Paşinyan məğlub oldu – Koçaryan azadlığa buraxıldı!
Qarabağ erməniləri Paşinyan hakimiyyətinə qarşı cəbhə açıb, taktiki hücumlara keçiblər
Artıq Qarabağ klanı bu münasibətlə, Ermənistan hakimiyyəti üzərində qələbələrini bayram edirlər. Düzdür, qarabağlı ermənilər Koçaryanın azadlığa buraxılması məsələsini başqa səmtə yozsalar da, fakt budur ki, onlar Paşinyan hakimiyyətinə qarşı cəbhə açıblar. Misal üçün, digər Qarabağ klanının üzvü - qondarma “DQR”in “prezident aparatı rəhbərinin müavini” və “aparatın informasiya idarəsinin rəisi” David Babayan Bako Saakyanla Arkadi Qukasyanın Robert Koçaryanın azadlığa buraxılması ilə balı zəmanət vermələrini humanistlik yanaşması ilə əlaqələndirib və burada heç bir siyasi motivin olmadığını iddia edib. “Biri “Artsaxın” keçmiş, o biri isə hazırkı “prezidentidir” və bu birmənalı olaraq humanitar addımdır”, deyə qeyd edən David Babayan həmin vasitə ilə mövcud vəziyyəti öz xeyirlərinə çəkməyə çalışıb. Ancaq görünən fakt budur ki, Koçaryanla bağlı məsələ bilavasitə Qarabağ klanının Ermənistanın siyasi dairələrinə qarşı başlatdığı ilk taktiki hücum reallığıdır. Yəni onlar çox qısa zamanda Ermənistanda hakimiyyətə qarşı sərt, amansız və hətta insan qanı tökülə biləcək dövlət çevrilişinə başlamaq istəyindədirlər.
Nikol bu dəfə özünə qarşı düşmən hakimlər ordusu formalaşdırır
Baş verənlərdən sonra vəziyyətin onun özü və bütövlükdə hökuməti üçün nə qədər təhlükəli olması Nikol Paşinyanın Robert Koçaryanın azadlığa buraxılmasının ardınca məhkəmə sistemində təmizləmə əməliyyatlarına başlaması qərarından da açıq-aşkar görünməyə başlayıb. Ermənistanın baş naziri həmin addımını əksinqilabçılıqla mübarizə kimi təqim edib və erməni ictimaiyyətini bütün məhkəmələrin qarşısında etiraz aksiyaları keçirməyə, hakimlərin məhkəmə binalarına girib-çıxmalarına əngəl yaratmağa, qanunun tələblərinə qarşı çıxmağa çağırıb. Hələ də küçə siyasəti, “qələbə” eyforiyası ilə alışıb-yanan Paşinyanın həmin çağırışına nə qədər maraqlı olsa da, istədiyi qədər insan toplaşmayıb. Yəni bir insan ki, dövlət başçısı ola və onun siyasi iradəsi ölkənin idarə olunmasına çatmaya, bu zaman Ermənistanın siyasi arenasında nə qədər kəskin xaosun, özbaşınalıqların yaşandığını görmüş olarıq. Qarabağ ermənilərinin isə bu məsələdə hücum taktikası seçmələri ölkə üçün qorxulu proqnozlar verməyə başladıb. Lakin necə deyərlər, Paşinyan hələ də yerini isti bilir və reytinqinə güvənir. Ancaq bu onun üçün də, komandası üçün də aldadıcı ola bilər. Misal üçün, Paşinyan onu da dərk etmir ki, artıq hökumətinin daxilində qütbləşmələr gedir və həmin qütbləşmələr onun iqtidarının parçalanmasına səbəb olmaqdadır. Əgər o, ucdantutma Ermənistanın bütün məhkəmələrinə “əl gəzdirəcəksə” bu zaman onun düşmənləri sırasına böyük bir hakim ordusu da qatıla bilər. Bu oyun isə Qarabağ klanının əlinə oynaya biləcək bir haldır. Artıq Nikolun uduzmaq mərhələsinə keçid aldığını tam əminliklə demək mümkündür.

sia.az

Digər xəbərlər