"Ermənistan problemi həll etmək istəmir" AÇIQLAMA-ÖZƏL

Ümumiyyətlə son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın söylədiyi fikirlərlə qeyri-adekvat siyasətçi olduğunu ortaya qoymuş olur. Onun bu addımları beyməlxalq hüquq normalarının bir daha pozulduğunu sübut etmiş olur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.O bildirib ki, Paşinyan aparılan danışıqlara baxmayaraq Dağlıq Qarabağla bağlı sanki öz cavabdehliyini üzərindən atmmağa çalışır: “Buna misal olaraq Şuşada keçirilən tədbiri göstərmək olar”.Siyasi şərhçi söyləyib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan yüksək səviyyəli danışıqlarda qondarma rejimin danışılqrda iştirakının mümkünsüzlüyü ilə bağlı razılığıa gəlsə də, görüşdən sonra o tamamilə əks addımlar atmağa başlayır: “ O özünün separatçıların mandatı olmadığını, danışlqlar formatının mütləq dəyişilməsini dəfərlərlə təkrar edir”.A. Nağıyev qeyd edib ki, Paşinyanın əsas məqsədi münaqişənin həlli istiqamətində cavabdehlikdən uzaqlaşmaqdır: “ Baş nazir özü də çıxışlarında qeyd etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin qondarma rejim özü həll etməlidir. Yəni o burada Sarkisyan və Koçaryanı nəzərdə tuturdu. Hər kəs bilir ki, ermənilər Dağlıq Qarabağ, qondarma soyqırımı və kilsə məsələsində birdilər. Ona görə də Paşinyan bu məsələni qabartmaqla sanki status-kvonu uzatmağa çalışır. Eyni zamanda Paşinyanın son addımından hiss olunur ki, o bir neçə siyasi gedişlər edir. Belə ki, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsinə baxmayaraq, ortada mühüm danışıqlarla bağlı protokollar var. Hətta son görüşlərdə substantiv danışıqların mərhələləri ilə əlaqədar müəyyən razılaşmalar əldə olunmuşdur. Bura juralistlərin mübadiləsi, əsir və girovlarla görüş, kənd təsərrüfatı işlərinin gedişatı ilə bağlı müəyyən razılığa gəlmək daxil idi. Amma bu məsələlər bir kənarda qalır və Ermənistan yenidən qlobal məsələlərə qayıdır”.Siyasi şərhçi vurğulayıb ki, Ermənistan tərəfindən atılan addımların hər biri bir daha sübut edir ki, onlar problemin həll edilməməsi istiqamətində müxtəlif bəhanələrə əl atır: “Onlar Azərbaycanın əgər danışıqlar alınmırsa, o zaman məsələnin hərb yolu ilə həll olunması ilə bağlı bəyanat verməsini istəyirlər. Çünki Ermənistan bundan istifadə edib ölkəmizin aqressiv olduğunu bütün dünyaya car çəkmək niyyətindədir”.

sia.az