Siyasət

  • 3 362

"Əli Kərimli ölkə içində sosial bazanı tam itirmək prosesi yaşayır" ŞƏRH-ÖZƏL

image

“Bir vaxtlar radikal siyasi dünya görüşün hakim olduğu mühacirət çevrələrində indi maraqlı keyfiyyət dəyişmələri prosesi gedir. Az əvvələ qədər barışmaz və radikal, hətta bir çox hallarda adi etik çərçivəni qəti tanımayan yanaşmalar dəyişilir, bu insanların bir çoxu Azərbaycan reallıqlarına başqa cür baxmağa başlayır, tutulmuş yolun perspektivsiz olduğunu anlayır, ən əsası isə Azərbaycanda bəzi radikal partiya rəhbərləri üçün alət olmağın ziyanını dərk edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, bu keyfiyyət dəyişmələri Azərbaycanda “Milli Şura” deyilən qruplaşmaya daxil partiya rəhbərlərinə, o cümlədən Əli Kərimova sərf etmir: “Səbəbləri isə real və sadədir. AXCP sədri ölkə içində sosial bazanı tam itirmək prosesi yaşayır, apardığı siyasətə ictimai dəstək verilmir, tərəfdarları sürətlə azalır. Belə şəraitdə Əli Kərimovun xaricdə çox şey gözlədiyi həmin radikal qrupun siyasi keyfiyyət etibarilə dəyişməsi Əli Kərimovun maraqlarına təbii ki uyğun deyil və onu narahat edir”.Siyasi ekspert söyləyib ki, xaricdəki radikal qrupun keyfiyyət dəyişməsi Əli Kərimlinin maraqlarına iki cəhətdən uyğun deyil: “Əvvəla aktiv tərəfdarların fərqli siyasi düşüncələrə düşməsi bütün hallarda ona zərbə deməkdir. İkinci tərəfdən Əli Kərimlinin Azərbaycanda guya siyasi təqiblər siyasi mühacirlərin sayca artmasının əsas səbəbidir kimi hakimiyyət əleyhinə təbliğat və ittihamlar qurmaq imkanları daralır. Təbii ki, bəzi beynəlxalq qurumlarla manevr imkanları da azalır”.A.Quliyevin fikrincə siyasi baxışlarını dəyişən mühacirlər Əli Kərimli üçün indiki hakimiyyət nümayəndələri qədər arzuolunmaz düşmənlərə çevrilib: “Acı olsa da bu bir reallıqdır. Xaricdə mühacirlərin liberallaşma istiqamətində dəyişməsi davamlı prosesdir. Onlar artıq Azərbaycandakı radikal partiya rəhbərlərinə lobbiçilik etmək istəmirlər”.

sia.az

Digər xəbərlər