Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir

Son günlər Ermənistanda maraqlı hadisələr cərəyan edir, məhz Baş nazir Nikol Paşinyanin tələbi, əslində istəyi ilə tutulan keçmiş prezident Robert Koçaryan azadlığa buraxılıb və bu, baş nazirin xoşuna gəlməyib.Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sona Əliyeva deyib.Sona Əliyeva bildirib ki, N.Paşinyan yenidən çağırışlar edərək, xalqı küçələrə səsləyib və məhkəmə-hüquq sisteminin işləmədiyi fikrini ifadə edib:

“O, bəyan edib ki, ona, hökümətə və xalq hakimiyyətinə oyuncaq məhkəmə lazım deyil. Əlbəttə ki, Koçaryana Rusiya dəstəyi birmənalı ifadə olunur, azadlıqda olan Koçaryan isə onun hakimiyyətinə bilavasitə təhdiddir. Bunlar hamısı faktdır, lakin ziddiyyət təşkil edən isə odur ki, ölkədə daxili-siyasi prosesləri tənzimləyə bilməyən, tarazlıq yaratmağı bacarmayan, ölkənin məhkəmə, hüquq-mühafizə sistemi, ordu sıralarını şəffaflaşdıra biməyən və hakimiyyətə gəldikdən sonra yenə də tərəfdar toplaya bilməyən, özünü şıltaq yeniyetmə, küçə uşağı kimi aparan Baş nazir, demokratiya, ədalət, şəffaflıq kimi sivil dəyərlər vəd edərək yenidən xalqı küçələrə səsləyir. Nə üçün? Əlbəttə, öz hakimiyyətini qorumaq üçün…"
Deputat qeyd edib ki, R.Koçaryanın ölkədə nüfuz sahibi olduğu heç kəsə sirr deyil, dövlətdə, ordu sıralarında əhəmiyyətli dəstəyi var: "Öz hakimiyyətinin düşkünü olan Paşinyan erməni xalqını vətəndaş qarşıdurmasına sürükləyir, lakin bu, keçəndəfəki kimi hakimiyyət çevrilişinə oxşar proses olmayacaq. Çünki Koçaryan təcrübəli siyasətçi olmaqla yanaşı, əlləri erməni və Azərbaycan xalqının qanına bulaşmış mərhəmətsiz cinayətkardır.
Bundan başqa, verdiyi vədləri tutmayan, son bir ildə xalqın sosial rifahı üçün əhəmiyyətli işlər görə bilməyən Paşinyan anlamır ki, artıq xalqı sözlə yemləmək olmaz, onlara real iş, keyfiyyətli həyat, stabillik, sivil və humanist prinsiplərə dayanan dövlət lazımdır. Hər halda, bu oyunun sonu nə olacaqsa, birlikdə şahidi olacagıq, amma bütün bu proseslər Ermənistana yaxşı heç nə vəd etmir”.

yap.org.az