Siyasət

  • 3 216

Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

image

“Azərbaycanda dünyada islahatçı ölkə kimi tanınır, aparılan çoxşaxəli və genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir”. Bu fikiri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. “Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Yəni ölkəmiz il ərzində 32 pillə irəliləyib və və ən islahatçı 10 ölkə sırasında yer alır. Bu, olduqca mühüm göstəricidir. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq”,-deyən millət vəkili əlavə edib ki, nüfuzlu agentliklərin hesabatları ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir.

sia.az

Digər xəbərlər