Siyasət

  • 4 102

“Fuad Abbasovu müdafiə etməli, ona mənəvi dəstək göstərməliyik” BƏHRUZ QULİYEV

image

"Müstəqil jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya olunması məsələsinin arxasında bilavasitə anti-Azərbaycan qüvvələrin dayanması şübhəsizdir". SİA xəbər verir ki, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun bu ölkədən deportasiya olunacağı ilə bağlı qərarını şərh edərkən deyib.Onun sözlərinə görə, Fuad Abbasov jurnalistika fəaliyyəti ilə daim ümumdövlətçilik və milli maraqlar kontekstindən çıxış edib: "Biz, elə də uzağa getməyərək, bir müddət əvvəl azərbaycanlılarla çeçenlər arasında nifaq salmağa çalışan ermənilərin sosial şəbəkə seqmentindəki təxribatlarını xatırlaya bilərik. Həmin vaxt tarixən bir-birinə bağlı olan xalqlarımız arasında düşmənçilik toxumu səpməyə cəhd edən ermənilərin ifşasında Fuadın az işi olmadı. Onun Rusiyada azərbaycanlı və çeçen diaspora nümayəndələrini bir araya gətirməsi, təxribat cəhdinin aradan qaldırılması fəaliyyəti həm bizlər, həm də çeçenlər arasında təqdir olundu. Bununla düşmən ünsürlərin xain planları baş tutmamış qaldı".Bəhruz Quliyev daha bir nüansa toxunaraq qeyd etdi ki, Fuad Abbasovun deportasiya sifarişini verən şəxslərdən biri də, arvadı erməni olan, o cümlədən, qızını erməniyə ərə verən dırnaqarası azərbaycanlı Ağadadaş Kərimovun da əli ola bilər: "Çünki azərbaycanlı və çeçen diaspora nümayəndələrinin toplantısı zamanı özünü Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri kimi təqdim edən həmin şəxs də orada olub və Fuad Abbasovla yanaşı, digər diaspora nümayəndələrimiz onun həmin toplantıda iştirakına etiraz edərək, həmin məkanı tərk etməsini tələb ediblər. Bu baxımdan, milli maraqlar kontekstindən çıxış edən Fuadın deportasiya olunmasında belə xain şəxslərin də erməni lobbisi ilə əlbir olması müəyyən fikirlər yaradır. Hesab edirəm ki, bu gün həm də bir jurnalist olaraq bizlər Fuad Abbasovu müdafiə etməli, ona mənəvi dəstək göstərməliyik".

sia.az

Digər xəbərlər