Siyasət

  • 4 219

YAP Pirallahı rayon təşkilatının Şura iclası keçirilib

image

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Şura iclası keçirilib. SİA xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər. Himnin səslənməsindən sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iclasın gündəliyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. İclasın gündəliyi səsvermə yolu ilə qəbul edildikdən sonra müzakirələrə başlanılıb.Gündəlikdə duran birinci məsələ sosial şəbəkələrdə fəaliyyətlə bağlı olub. Hikmət Şikarov bildirib ki, sosial şəbəkələr əsl XXI əsr hadisəsi - internet fenomenidir. “Bir neçə il öncə kimsə sosial şəbəkələrin həyatımıza bu qədər daxil olacağına inanmazdı”, deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri bildirib ki, bu gün insanların əksəriyyəti sosial şəbəkələrin istifadəçiləridir: “Sosial şəbəkələr həm də ideoloji işin aparılmasında mühüm təbliğat vasitəsidir"Gündəlikdə duran ikinci məsələ - mədəni-kütləvi tədbirlərin keçirilməsi bağlı olub. Bu məsələdə xüsusi iradlarını bildirən Hikmət Şikarov qarşıdan gələn "28 May - Respublika Günü" və "15 İyun - Milli Qurtuluş Günü" münasibətilə ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlərin KİV-dəv işıqlandırılması barədə göstəriş verib.Gündəlikdə duran üçüncü məsələ üzrə ərazi ilk partiya təşkilatlarının fəaliyyəti və partiya sıralarına yeni üzvlərin cəlb olunması ilə bağlı kəskin iradlarını bildirən Hikmət Şikarov partiya fəaliyyətində qeyri-fəallıq nümayiş etdirən bir neçə ərazi ilk partiya təşkilatı sədrinə xəbərdarlığını çatdırıb.Gündəlikdə duran dördüncü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti ilə bağlı olub. " Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır”, deyə qeyd edən Hikmət Şikarov vurğulayıb ki, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir: “Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu Öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Buna görə də biz gənclərimizə böyük ümidlər bəsləyirik. Son illər Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərə etimad göstərilməsi məhz bu faktın göstəricisidir”.İclasda qonaq qismində iştirak edən Pirallahı RİH-nin başçısının müavini Anara Hacıbəyli Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edib.İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

sia.az

Digər xəbərlər