Siyasət

  • 3 585

Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir

image

Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir.Bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.O bildirib ki, müəssisələrdə menecment və marketinq işinin təşkili, innovasiyaların, yeni texnologiyaların tətbiqi vasitəsilə iqtisadi səmərənin aparılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı, bu məhsulların ixracı əsas aktual məsələlərdən biridir. Bu istiqamətdə dövlət lazımi tədbirlər görür, xüsusilə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən islahatlar, qəbul edilən strateji qərarlar bu gün özəl sektorun ümumdaxili məhsulda payının 85 faizə çatması, eyni zamanda, məşğulluqda özəl sektorun 76 faiz təşkil etməsinə səbəb olub.Nazir müavininin sözlərinə görə, xüsusilə bu gün ölkədə formalaşmış iqtisadi potensialda sahibkarların rolu danılmazdır. Onların istehsal etdikləri məhsullar, göstərdikləri xidmətlər hazırda daxili istehlak bazarını təmin etməklə yanaşı, xaricə ixrac olunur ki, bu da sözsüz ki, ölkəyə valyuta axını üçün zəmin yaradır: “Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına həm maarifləndirmə, həm də inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, dövlətin güzəştli kreditlərinin verilməsi istiqamətində də tədbirlər həyata keçirilir”.

yap.org.az

Digər xəbərlər