Siyasət

  • 4 130

Pənah Hüseynin “Ok”u TƏRS BAXIŞ

image

Bəs Əli Kərimli nə edərdi?

Siyasi hay-havarlıq metodu ilə “siyasət” yürüdən radikal müxalifət “liderlərinin” müxtəlif dezinformasiyalar şəklində ictimai rəydə çaşqınçılıq salmaq cəhdləri birinci dəfədir ki, baş vermir. Bu dəfə UEFA-nın Bakıda baş tutacaq final mərhələsi oyunu ərəfəsində AXP sədri Pənah Hüseyn guya Fəvvarələr bağının bağlanacağı ilə bağlı yayılmış dezinformasiyaya uyaraq, sosial şəbəkədə tənqidi status paylaşmışdı. Belə ki, bu qərarın doğru olmadığını, qadağanın qoyulmasının əhalidə qıcıq yaradacağını yazan müxalifətçi partiya sədrinin belə tələskənliyə yol verməsi sonradan təkzib yazması ilə nəticəsini tapıb.
Pənah Hüseyn təsir altına düşüb...
Əslində, müxalif düşüncəli şəxslər hər hansı bir dezinformasiyanı dərhal həqiqət kimi qəbul edərək, onun ətrafında sözün əsl mənasında siyasi şivənçiliklər qaldırır, həmin vasitə ilə özlərinə siyasi divident qazanmağa cəhdlər göstərirlər. Görünür, bu dəfə də onlar öz şakərlərinə qapılaraq, ənənəvi şəkildə çıxış etməklə yanılacaqlarının fərqinə varmayıblar. Bu, həm də onların heç dəı uzaqgörən olmadıqlarının tam sübutudur. Ona görə də, P.Hüseyn çox böyük ehtimalla BŞİH və DİN-in açıqlamalarını oxumadan müxalif fikirlilərin üstünlük təşkil etdikləri FB qrup və səhifələrində yazılanların təsiri altına düşüb və...
Bu dəfə də dezinformasiyanın böyük dozası altında sərxoş olublar
Və sonradan müvafiq dövlət qurumlarının yayılmış dezinformasiyanı yalanlayan, ifşa edən faktları üzə çıxarkən məlum olub ki, səs-küy salanlar demə bu dəfə də dezinformasiyanın böyük dozası altında sərxoş olublar.Lakin maraqlı məqam budur ki, AXP sədri BŞİH və DİN-in rəsmi açıqlamalarını saytda görüb, həmin xəbərləri paylaşıb və üstəlik “Ok” da yazıb – yəni Fəvvarələr Meydanının bağlanmayacağını anlayıb. Əslində, P.Hüseyn bu vasitə ilə müəyyən siyasi etikaya sahib olduğunu, küyə getdiyini etiraf edib, ona görə də dərhal doğru xəbəri paylaşıb ki, uzaqgörən olmadığı dərhal gözə çarpmasın.Ancaq burada digər bir sual meydana çıxır. Əcəba, AXCP sədri Əli Kərimli də dezinformasiya statusu yazıb-paylaşsaydı, necə olardı?
Əli Kərimli Fəvvarələr Meydanının bağlanmayacağı ilə bağlı rəsmi məlumatları oxuduqdan sonra təxminən bu cür həyasız xarakterli status paylaşacaqdı
Burada isə uzun düşünüb, nəticə çıxarmağa da ehtiyac yoxdur. Misal üçün, Ə.Kərimli Fəvvarələr Meydanının bağlanmayacağı ilə bağlı rəsmi məlumatları oxuduqdan sonra təxminən bu cür həyasız xarakterli status paylaşacaqdı: “Gördünüz??? Hökumət bizim etirazlarımızdan qorxdu və geri çəkildi! Biz yazmasaydıq, deməsəydik, istirahət parklarını, Fəvvarələr Meydanını xalqın üzərinə bağlayacaqdılar...”Beləliklə, AXCP sədri mitinq çağırışları edib, sözügedən məsələdə özünün “hakimiyyət üzərində qələbəsi” kimi sırımaçılıqla məşğul olacaqdı. Bax, budur siyasi təlxəklərin ucuz şouları və həmin şoulardan doğan həyasızlıq nümunələri...

sia.az

Digər xəbərlər