Siyasət

  • 3 899

"Əli Kərimlinin son ümidi də puça çıxır" AÇIQLAMA-ÖZƏL

image

“Əli Kərimli özünü siyasətçi, lider kimi tanıtmağa çalışsa da Azərbaycan cəmiyyəti onu qorxaq, satqın, xəyanətkar, fitnə-fəsad törətməklə məşğul olan bir insan kimi tanıyır. Bunun günahı da onun özündədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.O bildirib ki, dürüstlükdən, ləyaqətdən, Vətəni sevməkdən danışan AXCP sədrinin xəyanətkar fəaliyyəti tam əksini söyləyir: “Əli Kərimli daim Azərbaycan dövlətinin və xalqının maraqlarını, atributlarını aşağılayan istənilən adamları dəstəkləyib, onları az qala "mübariz", "siyasi məhbus" elan edib. Lakin son günlər xarici ölkələrdə mühacir kimi yaşayan soydaşlarımızın Vətənə qayıdış prosesi, onların dövlətimizlə əməkdaşlıq etmək istəyi, etirafları yenidən AXCP sədrinin narahat olan yuxusunu bir az da ərşə çəkib”.Deputat söyləyib ki, doğulub boya-başa çatdıqları ölkəyə qarşı çox radikal mövqeyi ilə tanınan və xaricdə mühacir kimi yaşayan şəxslər isə artıq daxildə könül bulandıran, Qərbdə isə mənfi fikir formalaşdırmaq istəyən qüvvələrin məqsədli oyunlarından xəbərdar olublar: “ Həmin şəxslər deyilənlərin əksini, yəni Azərbaycan davamlı inkişaf yolu ilə irəlilədiyinin, həyat səviyyəsinə, keçdiyi inkişaf yoluna görə dünyanın qabaqcıl dövlətinə çevrildiyini müşahidə edirlər. Aydın məsələdir ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın iradəsinə uyğun apardığı müstəqil siyasətin, siyasi iradəsi nəticəsində mümkün olub”.N.Həmzəyev vurğulayıb ki, xaricdə yaşayan radikalların mövqeyindəki dönüş, hətta nicatı öz dövlətlərində axtarmağa başlamaları Əli Kərimlini narahat etməyə bilməz: “Siyasi meydanda tək qalmaqdan qorxan Əli Kərimli qeyri-adekvat davranmağa və bəyanatlar verməyə başlayıb. Əli Kərimlinin Facebook səhifəsində yazdığı "Rejim yalnız "islah olunmuş" mühacirləri Azərbaycanda görmək istəyir" sözləri də meydanda tək qalmağından qorxan “AXCP sədrinin son ümidinin də puça çıxmasına işarədir”.

sia.az

Digər xəbərlər