Siyasət

  • 4 351

"Əli Kərimli yalquzaq olaraq qalacaq" ÖZƏL-MÜNASİBƏT

image

"AXCP sədri Əli Kərimlinin hakimiyyəti siyasi dözümsüzlükdə ittiham etməsi çırpınmaqda və çürüməkdə olan bir orqanizmanın son çırpıntılarıdır. Çünki o sözü işlətmək Azərbaycan dövlətinə, hökumətinə yaraşmayan bir ittihamdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib."Bu gün sizlər şahidsiniz ki, Azərbaycanda Əli Kərimlinin özünə qarşı necə münasibət mövcuddur. O istədiyi qədər şər, böhtan atır və yalanlar danışır. Əli Kərimli AXCP-nin daxili idarəetməsində manapoliyanı əlinə alıb və heç kimin fikirlərini qəbul etmək istəmir. Bununla bağlı heç kim ona etmiş olduğu hərəkətlərə görə siyasi dözümsüzlük göstərmir. O boş-boş vədlərlə insanları çaxnaşmaya salmaq üçün çağırışlar edir. Təbii ki, bunlar cəzasız qalmalı deyil. Biz onlara qarşı siyasi dözümlülük göstəririk. Yəni onun demiş olduğu bütün məsələlər hamısı ağ yalandan başqa bir şey deyil. İkincisi isə mühacirətdə olanlar bəzi qurum və təşkilatların əlaltısında olan, onların diqtəsi ilə oturub-duran insanlardır ki, bunların arxasıncada heç kim getməyəcək. Onlar yalnız kiminsə sözü ilə oturub-durur və çaldığı havanı oynayırlar. Aydın məsələdir ki, burada onlara donorluq edən təşkilatlar, insanlar, qruplar var. Heç şübhə etmirəm ki, Əli Kərimli yalquzaq olduğu kimi elə yalquzaq da qalacaq”-deyə, S.Orucov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər