Siyasət

  • 3 589

YAP Suraxanı rayon təşkilatında qanvermə aksiyası təşkil olunub

image

Mayın 22-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və 15 saylı Birləşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatı birgə müqəddəs Ramazan ayı münasibəti ilə “Bir damla qan həyatdır” şüarı ilə qanvermə aksiyası təşkil edib. Rayon təşkilatının qərargahında keçirilən qanvermə aksiyasının təşkil edilməsində əsas məqsəd anemiyalı uşaqlara yardım etməkdən ibarətdir.Qanvermə aksiyası ilə bağlı məlumat öncədən sosial şəbəkələr vasitəsilə elan edilmiş və könüllü iştirakçı olmaq istəyənlər təşkilat tərəfindən qeydiyyata alınıb. YAP Suraxanı rayon təşkilatının inzibati binasında həkim briqadası tərəfindən aksiyada iştirak edən şəxslərin tibbi müayinəsi aparılıb və sağlamlığı uyğun olan şəxslər aksiyada iştirak edib.

yap.org.az

Digər xəbərlər