Siyasət

  • 5 499

YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib TƏDBİR

image

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Xızı rayon təşkilatının keçən müddət ərzində görülən işlər və qarşıda duran məsələlər barədə çıxışlar olunub, məruzələr dinlənilib.Konfransa sədrlik edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsədlər, eləcə də gənclərin partiyadakı rolu, Ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə göstərdiyi davamlı diqqət və qayğısı barədə danışaraq, konfransı açıq elan edib.YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin üzvü İman Ağayev məruzə ilə çıxış edərək bildirib ki, partiyanın Xızı rayon təşkilatının gəncləri ötən müddət ərzində istər seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai-siyasi tədbirlərdə uğurlu fəaliyyət göstərərək, öz davamlı töhfələrini veriblər. “Azərbaycan gəncliyi, xüsusilə Yeni Azərbaycan Partiyasında təmsil olunan gənclərimiz ölkəmizin güclənməsi, qüdrətlənməsi üçün var gücləri ilə çalışır, təhsil və s. sahələrdə daim öndə olurlar”, deyə qeyd edən məruzəçi gənclərin YAP sıralarına axınla üzv olduqlarını, bundan qürur hissi duyduqlarını qeyd edib: “Bu gün partiyamızın sıralarında təmsil olunan hər bir xızılı gənc bundan sonsuz qürur və fərəh hissi duyur. Gənclərimiz Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı uğurla davam etdirən partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”.Çıxış edən digər gənclər – Səidə Dadaşova və Elyanar Hüseynov da ölkəmizdə yürüdülən uğurlu gənclər siyasətindən danışaraq, əldə edən nailiyyətlərin hər birinin Azərbaycanın daha uğurlu gələcəyinə stimul verdiyini qeyd edərək, ölkə gəncliyinin partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiyini bildiriblər.Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb və YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvlərinin və İdarə Heyətinin yeni tərkibi, eyni zamanda, Gənclər Birliyinin sədri və sədr müavinləri səsvermə yolu ilə seçilib. YAP Xızı rayon təşkilatının gəncləri yekdilliklə Gənclər Birliyinin sədri olaraq İman Ağayev seçiliblər.Konfransda YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndələri də seçilib.Çıxış edən “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP Xızı rayon təşkilatının rəhbərliyini və Gəncər Birliyini keçirilmiş konfrans münasibəti ilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev daim Azərbaycan gəncliyinin institusional inkişafını təmin edir. Belə ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin kökündə dayanan amil 90-cı illərin əvvəllərində vətəndaş müharibəsindən çıxan Azərbaycan gəncliyinin vətəndaş cəmiyyətinin formalaşması prosesinə cəlb olunması və həmin dövrdən etibarən həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir: “Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımların başlıca məqsədi gənclərin enerjisindən dövlət idarəçiliyində, ictimai institutlarda, qanunvericilik orqanlarında və mühüm platformalarda daha səmərəli istifadə etməkdir. Bu gün gənclərimiz ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında təmsil edə bilirsə, bu, Azərbaycan gəncliyinin inkişafının göstəricisi, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir”.Bəhruz Quliyev qeyd edib ki, ötən dövr ərzində Azərbaycanda kifayət qədər savadlı, yetkin siyasi şüurlu, dünyagörüşlü gənclik formalaşıb və onların əksəriyyəti YAP-ın sıralarında təmsil olunurlar. Bu, dövlətin ölkə gəncliyinə diqqət və qayğısının bariz təcəssüümüdür: “Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr təkcə paytaxt gənclərini deyil, eləcə də region gənclərinin inkişafını stimullaşdırır. Region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır. Bir sözlə, Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Bu uğurlar həm dövlətin apardığı siyasət, həm də liderin şəxsi iradəsi nəticəsində qazanılıb. Ən əsası odur ki, gənclik bunu yüksək qiymətləndirir və biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə gəncliyin öz Liderinə etiram və inamının əlamətidir”.Bəhruz Quliyev YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin yeni seçilmiş tərkibinə nailiyyətlər arzulayıb və partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan məqəsədlərə uğurla imza atacaqlarına əminliyini ifadə edib.

sia.az

Digər xəbərlər