Siyasət

  • 3 433

Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir

image

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclası keçirilir. AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov iclasda iştirak edir.

AŞPA-nın Büro iclasında diqqət çəkən məqam qurumun Baş katibinin Ermənistanda baş verən hadisələrə reaksiyası olub.
Artıq Ermənistan rejimi mənfur siyasətini gizlədə bilmir. Demokratiya ilə bağlı yalanların üstü açılıb. Bunu ölkədə son günlər baş verən hadisələr də göstərir.
Büro iclasında baş verənlərlə bağlı Səməd Seyidov bildirib ki, Avropa təşkilatları, eləcə də AŞPA Ermənistanın
apardığı mənfur siyasətini anlamağa başlayıblar. Parisdə keçirilən Büro iclasında bu, özünü aydın göstərdi. Ermənistanın baş nazirinin birbaşa müdaxiləsi ilə ölkədə bütün məhkəmələrin blokadaya alınması narazılıqlar yaradıb. AŞPA-nın Baş katibi Ermənistanda baş verən son hadisələrlə bağlı mənfi münasibətini bildirərək, bu ölkəyə xüsusi ekspertlərin göndərilməsi qərarına gəlib.
Səməd Seyidov qeyd edib ki, Ermənistanın daxilində gedən bəzi proseslərin bir sıra qüvvələr tərəfindən “demokratiyanın ən yüksək səviyyəsi” kimi təqdim edilməsi cəfəngiyatdır. Əminəm ki, belə mənfi halların sayı artacaq, çünki Ermənistanda mövcud olan siyasi böhran istər-istəməz bundan da böyük problemlərə şərait yaradacaq.

yap.org.az

Digər xəbərlər