Siyasət

  • 3 775

YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin VI konfransı keçirildi

image

Bu gün YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin VI konfransı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Konfransın əvvəlində Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfrans Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı.
Konfransı YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq bildirdi ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yardıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Konfransının işinin protokol qaydalarına uyğun olaraq aparılması üçün konfransın sədrliyi YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev verildi. Sonra Gənclər Birliyinin sədri Ariz Mikayılov hesabat məruzəsində təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı danışaraq rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran vəzifələrə toxundu.
Çıxış edən gənclər Fəridə Həsənova, Afəd Əhmədli və başqaları Azərbaycanda gənclər siyasətinin uğrundan gənclərə yaradılmış şəraitdən məmnun olduqlarını dilə gətirərək, Yeni Azərbaycan Partiyasının və onun Lideri cənab İlham Əliyevin ideyalarının daşıyıcısı olacaqlarına söz verdilər.
Sonra millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İilham Məmmədov qeyd etdi ki, Ümummilli lider müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Bu gün dövlətimizin siyasi, ictimai, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən inkişafda Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Bildiyiniz kimi sıralarımız durmadan artır. Sevinirik ki, bu artım özünü təkcə kəmiyyət deyil, keyfiyyət etibarı ilə də özünü göstərir. Bu gün təşkilatımızda gedən sürətli inkişaf bütün sahələrdə özünü qabarıq şəkildə göstərir. Gənclərin sıralarımıza həvəslə qoşulması, onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməsi Yevlaxlıların Partiyamıza və onun sədri cənab İlham Əliyevə birmənalı şəkildə məhəbbətinin və sədaqətinin bariz nümunəsidir.
Sonda YAP Yevlax rayon təkilatının 27 nəfər Şura, 13 nəfər İdarə Heyətindən ibarət yeni tərkibi seçildi. Səs çoxluğu ilə Süleymanlı Maqsud Pənah oğlu YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri, Əhmədli Afət və Məmmədov Elnur sədr müavinləri müəyyənləşdirildi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına 3 nəfər nümayəndə seçildi.

yap.org.az

Digər xəbərlər