Siyasət

  • 3 944

Siyavuş Novruzov: İşğalçı Ermənistan özünü müstəqil dövlət elan etsə də, hansısa dövlətin yedəyində gedir

image

“İşğalçı Ermənistan özünü müstəqil dövlət elan etsə də, hansısa dövlətin yedəyində gedir”. Bu fikri jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Ermənistan özü nə xarici siyasətində nə də daxili siyasətində nə iqtisadi, nə sosial siyasətində müstəqil hər hansı addım ata bilmir. Ona görə də həmin ölkədə keçirilən seçkilər və ondan əvəvəlki dövlərdə Ermənistanın vəziyyətinin günü gündən ağırlaşdığını dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar göstərir ki, hər il 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır, orduda qarşıdurma var və bu daha da dərinləşib.
“Eyni zamanda, işğalçı ölkənin siyasi rəhbərliyində qarşıdurma var. Regionlarası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 %-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Bu vəziyyət təxminən Azərbaycanın 1990-cı illərin əvvəlini xatırladır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Popilizmlə heç bir məsələsini idarə etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərdən vəsaitlərini müsadirə etməklə bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur. Xarici siyasətləri də bərbad vəziyyətdədir. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər