Siyasət

  • 4 113

Valeh Ələsgərov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı

image

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı.Bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

Valeh Ələsgərov bildirib ki, o dövrdə səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı: “Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycanda həm enerji, həm də qida təhlükəsizliyi təmin edilmirdi”.
Sədr müavininin sözlərinə görə, Heydər Əliyev bütün bu problemlərin öhdəsindən gəldi.
Valeh Ələsgərov qeyd edib ki, investorlar üçün şərtlər sadələşdirilməklə əlverişli imkan yaradıldı: “Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı”.

yap.org.az

Digər xəbərlər