Siyasət

  • 4 366

Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır

image

Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır. Çünki Türkiyə Azərbaycanı müdafiə edir.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.
Z.Əsgərov bu gün Minsk qrupunun hər 3 həmsədr ölkəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq qeyd edib ki, Azərbaycan özü güclənməlidir: "Əlbəttə, biz Türkiyə ilə qardaş ölkəyik və münasibətlərimizi daim inkişaf etdiririk”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə əlavə edib ki, vaxtilə Ümummili lider Heydər Əliyev həmsədrlərin dəyişməsi məsələsini qaldırmışdı: “O zaman ona görə belə etdilər ki, Minsk qrupunun üzvləri Ermənistana təsir etmək gücünə malik olmalıdır. Guya Fransa, Rusiya və ABŞ Ermənistana təsir etmək gücünə malikdirlər, ancaq heç bir təsir göstərmirlər”.

sia.az

Digər xəbərlər