Siyasət

  • 3 605

"Siz sadəcə özünüzə yaraşanı etdiniz” ÖZƏL-MÖVQE

image

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov AXCP sədri Əli Kərimliyə çağırış edib.YAP GB sədri SİA-ya açıqlamasında Əli Kərimlinin ünvanına bunları deyib: “Özünü “Azərbaycan fədailəri” adlandıran əsl “vətənpərvər” olan insanlara və onların “yol göstərəni” Əli Kərimliyə tutub demək istəyirəm, “əgər bu qədər vətən, millət sevənsinizsə, niyə bir kəlmə açıqlama vermədiz ki, UEFA Avropa Liqasının finalı necə möhtəşəm təşkil olunmuşdu? Bunu edən dövlətimiz və millətimizin birliyi oldu. Bu qədərmi qorxursunuz?! Avropalılar belə hər yerdə Azərbaycanın yüksək səviyyəli təşkilatçılığından, qonaqpərvərliyindən danışır, sizin dilinizi ilanmı sancdı?! Madriddə final oyununun biabırçılığından niyə danışmırsız?! Bu qədər nifrət olarmı yaşadığın vətənə, millətə? Axı bu dövlətimizin, xalqımızın uğurudur. Siz sadəcə özünüzə yaraşanı etdiniz”.

sia.az

Digər xəbərlər