Siyasət

  • 3 650

“Azərbaycan yarışlara ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir” ÖZƏL-RƏY

image

“Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.Onun sözlərinə görə, son illər ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman turnirləri, forum və konfranslar bunun əyani göstəricisidir: “Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununun əsas qaliblərindən biri də məhz Azərbaycan dövləti və xalqı oldu. Çünki Azərbaycan dövləti yüksək təşkilatçılıq və təhlükəsizlik tədbirləri, xalqımız isə qonaqpərvərliyi ilə dünyada yeni bir uğura imza atdı. Bunu ölkəmizə gələn turistlərin dedikləri də təsdiq edir. Bütün bu uğurların əsasında Azərbaycanda sarsılmaz dövlət-xalq vəhdəti, birliyi dayanır. Azərbaycan bir daha sübut etdi ki, istənilən mühüm tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadir və hazırdır.Təəssüf ki, infoimperializmin sosial şəbəkə terrorçuları olaraq tanıdığımız bəzi müxalif yönümlü şəxslər ölkəmiz əleyhinə bu dəfə də qarayaxma kampaniyası aparmağa cəhd etdilər. Bu cür final yarışının yüksək səviyyədə təşkil olunması, təhlükəsizliyin tam təmin edilməsi axı kimi narahat edə bilər?! Bu cür insanlar əməlləri ilə özlərini ifşa edirlər. Onların erməni lobbisindən maliyyələşdikləri heç kimə sirr deyil. Biz erməni lobbisinin bu cür əlaltılarına fikir vermədən öz uğurlu fəaliyyətimizi davam etdirməli, dünyada qazandığımız ən təhlükəsiz ölkə imicini daha da möhkəmləndirməliyik. Bu yolda hər bir vətəndaşımız həmrəy olmalı, dövlət siyasətinə fəal dəstək verməlidir”.

sia.az

Digər xəbərlər