Siyasət

  • 3 652

“Hər bir sosial sifariş Prezident tərəfindən anında diqqətə alınır” AQİYƏ NAXÇIVANLI

image

“Prezident İlham Əliyevin sosial siyasət istiqamətində atdığı hər bir addım, verdiyi hər bir qərar bilavasitə Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğının bariz sübutudur”. Bu fikirləri Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkə başçısı İlham Əliyevin xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədilə ehtiyat fondundan 5 milyon manatın ayrılması ilə bağlı verdiyi Sərəncamı şərh edərkən deyib.Millət vəkilinin sözlərinə görə, qayğıya ehtiyacı olan uşaqların və digər şəxslərin sosial reabilitasiyasından başlayaraq, onların psixoloji surdoloji və s. problemlərinin həll olunması üçün sözügedən Sərəncam kifayət qədər önəmli məqamlara söykənir. “Belə ki, həmin fərdlər Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşlarıdırlar və onların sağlam gələcək mühitlərinin təminatı üçün dövlətimiz tərəfindən bilavasitə münbit addımlar atılmaqdadır”, deyə qeyd edən Aqiyə Naxçıvanlı həmçinin xatırladıb ki, ümumiyyətlə, bu kimi Sərəncamların verilməsi sosial siyasətin ardıcıl tərkib hissəsinə çevrilib: “Məsələn, bir ay öncə İlham Əliyev cənablarının I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı Sərəncam imzalamasını da xatırlaya bilərik.Ümumiyyətlə, həmin istiqamətdə verilən qərarların mütəmadi xarakter almasının özü isbat edir ki, belə şəxslərin dövlətin diqqətində saxlanması onların sağlam insanlarla eyni cərgədə dayanmaq, ölkə və xalq üçün yararlı vətəndaş olmaq arzularını reallığa çevirir. Məhz imzalanan bu Sərəncam da, özü-özlüyündə hər bir insanpərvər, humanizm meyarlarına bağlı olan şəxslərin sevincinə səbəb olmaqdadır. Hətta düşünürəm ki, sosial addımlarla bağlı Azərbaycan dövləti tərəfindən gerçəkləşdirilən siyasət dünyanın ən qabaqcıl ölkələrində bu cür davamlı xarakter almayıb”.Komitə sədrinin sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqların və digər şəxslərin Sərəncama aid edilməsi sübut edir ki, İlham Əliyev cənabları daim xalqın yanındadır: “Daha bir mühüm amil həmin Sərəncamın məhz 1 iyun Beynəlxalq Uşaq Günündə verilməsidir. Bu, həm də cənab İlham Əliyevin xüsusi qayğıya ehtiyacı olan uşaqlara növbəti hədiyyəsidir”.“O cümlədən, dövlət başçımız öz xalqına güvəndiyi kimi, Azərbaycan xalqı da Prezidentinə sonsuz etimadını göstərir”, deyə qeyd edən millət vəkili bildirib ki, yalnız bu Sərəncam deyil, son aylarda reallaşdırılan və inqilabi islahatlar paketinə daxil olan digər sosialyönümlü qərarları da buraya əlavə edərsək, bütün bunların uğurlu sosial siyasət gerçəkliyinə əsaslandığını əminliklə vurğulaya bilərik: “Çünki hər bir sosial sifariş Prezident İlham Əliyev tərəfindən anında diqqətə alınır və Onun tərəfindən müvafiq qərarlar qəbul edilir. Həmçinin, hesab edirəm ki, bu Sərəncam sözügedən şəxslərə reabilitasiyaları, həyata bağlılıqları üçün həm də mənəvi stimul verəcəkdir”.Aqiyə Naxçıvanlı onu vurğulayıb ki, bu gün dövlətin sosial siyasətinin prioritetlik təşkil etməsində təkanverici rollardan birini də, birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva həyata keçirməkdədir. “Artıq uzun illərdir ki, Mehriban xanım Əliyeva öz analıq mərhəməti ilə sosial ehtiyacları, problemləri olan ana və bacılarımıza, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara öz qayğısını əsirgəmir”, deyə qeyd edən komitə sədrinin sözlərinə görə, hətta dünyanın ən aparıcı klinikalarına belə müalicələrə, əməliyyatlara göndərilən hər bir uşaq, yaxud valideyn həmin mərhəmətin, qayğının şirinliyini bərpa etdikləri sağlamlıqları ilə dadmış olurlar: “O cümlədən, Mehriban xanım daim qayğıya ehtiyacı olan uşaqlarla öz ünsiyyətini saxlayır, hər zaman onlara xoş ovqat bəxş edir, sevindirir. Əbəs deyil ki, hər il 1 iyun tarixində müxtəlif uşaq evlərinə, müalicə müəssisələrinə gedən Mehriban xanım Əliyeva bu addımını ənənəvi şəkildə həyata keçirməkdədir və yalnız bu tarixdə deyil, bütövlükdə hər zaman sözügedən addımlarını reallaşdırır. Məhz bu kimi böyük humanizm prinsiplərinin təməlində sosial siyasətin ən ali məqamları özünü ehtiva etməkdədir. əlbəttə ki, bizlər bütün bunlara görə cənab Prezidentimizə, həmçinin birinci Vitse-Prezidentimizə öz dərin və sonsuz minnətdarlığımızı bildiririk”.

sia.az

Digər xəbərlər