Siyasət

  • 2 634

"Madriddə tamamilə ayrı bir mənzərənin şahidi olduq" ÖZƏL-MÜNASİBƏT

image

“Bakıda keçirilən Avroliqa ilə Madriddə keçirilən Çempionlar liqasının final oyunlarını müqayisə edəndə belə bir nəticə çıxarmaq olar ki, Azərbaycanda mədəniyyət, təşkilatçılıq, bilet satışı, azərkeşlərə olan münasibət, stadionda qaydaların nizamlanması Madriddən çox yüksək idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Bakıda həm oyuna hazırlıq, həm də oyunun keçirilməsi üçün şərait ideal olub: “Azərbaycan futbolu izləməyə gələn bütün azərkeşlər çox məmnun qalmışdır. Heç bir insident və ya narazılıq halı müşahidə olunmamışdır. Amma Madriddə tamamilə ayrı bir mənzərənin şahidi olduq. Saxta biletlərin satışından başlamış təhlükəsizliyin təminatına qədər hər şey qüsurlu idi. Demək olar ki, final oyununun təşkilatçılığından hamı narazı qalmışdır. Gör baxın Azərbaycanda qarayaxma kampaniyasını təşkil edənlərin heç səsləri çıxır? Təbii ki, çıxmayacaq da. Çünki, idman artıq siyasiləşib. İkili standartlar mövcuddur. Məhz bunun göstəricisi idi ki, Azərbaycana qarşı sifarişli əllər uzanmışdı. Azərbaycan isə hamıya öz yüksək mədəniyyətini nümayiş etdirərək layiqli cavabını verdi”.

sia.az

Digər xəbərlər