Siyasət

  • 2 811

Rauf Əliyev: Azərbaycanda uşaq hüquqlarının qorunması yüksək səviyyədə həyata keçirilir

image

“Ölkəmizdə uşaqların sağlam, firavan yaşamasına, onların hüquqlarının yüksən səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamızda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi , uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin qorunması və gücləndirilməsi, hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində genişmiqyaslı işlər görülməyə başlandı. Bu dövrdən etibarən uşaqların sağlamlığının qorunması, müasir tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik bazası formalaşdı, Azərbaycan Respublikası Milli Məclisində uşaqların hüquqlarının qorunmasına dair mühüm qanunvericilik aktları qəbul olundu. Bu mənada “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında “ qanunların qəbulunu xüsusi ilə qeyd etmək lazımdır”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, bu gün uşaqların ən böyük hamisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr və proqramlar uşaqların həyatında mühüm rol oynayıb. Uşaqların sağlam və yüksək təhsilli böyümələri, gələcəkdə savadlı vətəndaş kimi formalaşmalarına diqqət yetirmək, onların qayğı ilə əhatə olunması Heydər Əliyev Fondun fəaliyyət istiqamətlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi illər ərzində uşaqlar üçün çoxsaylı səhhiyə obyektləri, təhsil ocaqları, uşaq baxçaları, bədi-yaradıcılıq mərkəzləri, idman və istitahət komplekslərinin tikilməsi istiqamətində çoxsayı layihələr həyata keçirilib, müxtəlif əlamətrdar günlərdə və bayramlarda Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə uşaqlar üçün mərasimlər, şənlik tədbirləri keçirilir.
“Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək dəstək”, “Talassemiyasız həyat naminə” və bu kimi layihələr istət təhsil, istərsə də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın uşaqlarla bağlı fəaliyyətində əsas istiqmətlərdəndir.
“Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan dövləti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi, milli adət və ənənələrimizi yaxşı öyrənməlidirlər. Uşaqların sağlam mühitdə tərbiyə olunması üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması kimi vacib məsələlər daim diqqət mərkəzindədir. Azərbaycanda uşaqların xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şərair, göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Uşaqların hüquqlarının qorunması, rifahının yüksədilməsi, sosial müdafiəsinin gücləndirilməsi dövət siyasətinin başlıca istiqamətlərindən biridir. Ümumiyyətlə ölkəmizdə uşaqların hüquqları ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və Azərbaycan dövləti uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır”-deyə, R.Əliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər