Siyasət

  • 3 355

"Paşinyan təmas xəttində vəziyyəti bilərəkdən gərginləşdirir" ÖZƏL-MÜNASİBƏT

image

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıya səfəri ərəfəsində hərbçi zabitimizin snayper gülləsi ilə öldürülməsi Paşinyanın və onun arxasında dayanan qüvvənin problemin həllini tormozlamaq cəhdidir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Politoloqun sözlərinə görə, onlar güman edirdilər ki, Azərbaycan bu provokasiyaya hərbi yolla cavab verəcəyi təqdirdə Ermənistan ona dəstək verən dövlətlərlə birlikdə hansısa "uğurlu" əməliyyata imza atacaqlar: "Bu əslində Paşinyana daxili vəziyyəti stabilləşdirmək üçün lazımdır. Bu günlərdə Rusiyanın təzyiqi və birbaşa göstərişi ilə həbsdən azad olan Koçaryan Yerevanda hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları təşkil edir. Hətta Koçaryan açıq şəkildə Paşinyanı hədələyərək onu devirəcəyini deyir. Ön cəbhədə gərgin vəziyyət isə Paşinyana arxa cəbhədə bir qədər sərt davranmaq bəhanəsi verdiyindən münaqişənin daim gərgin vəziyyətdə olması ona sərf edir".

sia.az

Digər xəbərlər