Siyasət

  • 3 345

"Paşinyan və komandasının siyasi ömrü çox qısa olacaq" ÖZƏL-ŞƏRH

image

“İşğalçı Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda olarkən atəşkəs rejimini pozması təxribatdır və ATƏT-in missiyasına meydan oxumaqdır . Çünki Minsk Qrupu və onun həmsədrləri olan ölkələrin missiyası BMT Təhlükəsizlik Şurasının xüsusi mandatı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini həll etməkdir. Ona görə də hər şeydən öncə ATƏT və Minsk Qrupu işğalçı ölkənin bu hərəkətlərini adekvat olaraq qiymətləndirməli, problemin həlli ilə bağlı ona ciddi təzyiqlər göstərməlidir. Əks təqdirdə regionda onsuz da gərgin olan vəziyyət daha da gərginləşə bilər və hadisələr proqnozlaşdırıla bilməyəcək qədər mürəkkəbləşə bilər”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, Azərbaycan hələ də Minsk Qrupunun vasitəçilik missiyasını yerinə yetirə biləcəyinə inanır və onu bu problemi dərhal həll etməyə çağırır: “Əks təqdirdə problemi həll etmək üçün ölkəmiz öz hərbi-siyasi və iqtisadi resurslarından istifadə edə bilər və bu resurslar torpaqlarımızı işğaldan azad etmək üçün artıqlaması ilə mövcuddur. Ordumuz heç bir halda Ermənistan tərəfindən törədilən təxribatları cavabsız qoymayıb və qoymayacaq da! Gec ya da tez işğalçı Ermənistan bu vaxta qədər öz havadarlarına arxalanaraq törətdiyi bütün cinayətlərə görə cavab verməli olacaq. Əgər Paşinyan və onun komandası öz xələflərinin işğalçılıq siyasətini davam etdirmək niyətindən əl çəkməsələr onların siyasi ömrü çox qısa olacaq.Unutmasınlar ki, Ermənistanın yeni hakimiyyəti Azərbaycan Ordusunun Aprel döyüşlərindən sonra yaratdığı yeni hərbi-siyasi reallıqların nəticəsi olaraq hakimiyyətə gəldilər və Azərbaycan Ordusunun növbəti həmləsindən sonra da hakimiyyəti tərk edə bilərlər . Ona görə də mövcud reallığı düzgün qiymətləndirib substantiv damışıqlara başlamalı və işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidirlər. Mövcud status-kvo daimi ola bilməz və Ermənistan heç vaxt bunu legitimləşdirə bilməz. Çünki Azərbaycan zəruri geostrateji şərtlər uyğun olan kimi öz torpaqlarını azad edəcək”.

sia.az

Digər xəbərlər