Siyasət

  • 4 271

“Miatsum” ideyası ATƏT MQ-nin fəaliyyətinə xitam verə bilər" ÖZƏL-ŞƏRH

image

"Dağlıq Qarabağ problemi Ermənistanı həll olunmaz problemlər dolağına salıb". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, bu problemin 25 ildən sonra həll olunmamış qalması isə ermənilərdə kifayət qədər ciddi pessimizm yaradıb: "Əksər ermənilər artıq başa düşürlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və qaytarılmalıdır. Yalnız bundan sonra Ermənistan inkişaf edə bilər. Hətta onlar Ermənistanın inkişafını Azərbaycanla iqtisadi əlaqələr olmadan da qurmağa hazırdırlar. Vacib odur ki, Dağlıq Qarabağ problemi həll olunsun. Azsaylı olmayan bir qrup erməni isə Dağlıq Qarabağ probleminin həll olunmasının ən böyük təsirini Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında görür. Bu Azərbaycana da sərfəlidir. Çünki Azərbaycanın özünün də iqtisadi arealı genişlənəcək, həm də regional sabitlik güclənəcək. Xəstə millətçi düşüncəli və şəxsi kooperativ maraqlarını erməni xalqının maraqlarından üstün tutan ermənilərin sayı çoxdur. Ona görə son dövrlərdə Ermənistanın “Miatsum” ideyası yenidən ikinci həyat aldı. 1988-ci ildə ermənilər “Miatsum”- Dağlıq Qarabağı özlərinə birləşdirmək üçün fəaliyyətə başlamışdılar.1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsi ilə bağlı qərarı var. Başa düşdülər ki, Dağlıq Qarabağı birbaşa birləşdirə bilməyəcəklər. Məsələni 2 hissəyə böldülər. Əvvəlcə Dağlıq Qarabağı müstəqil etsinlər, guya Dağlıq Qarabağı müstəqil etmək daha asandır, sonra isə müstəqil Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər. 1991-ci ildə saxta referendum keçirildi. O vaxtdan 28 il keçməsinə baxmayaraq Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Əksinə, müstəqilliyinin tanınması ideyası heç bir optimizm yaratmır. Ona görə yenidən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını aktullaşdırdılar. Həm də bir qrup erməni siyasətçisi Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarmaq şərti ilə Dağlıq Qarabağın özünü Laçın və Kəlbəcər rayonlarını Rusiyanın protektoratlığına vermək ideyasını irəli sürüblər. Belə olan halda “Miatsum” ideyasının sürətlə irəliləməsi göz qabağındadır.Əgər ermənilər “Miatsum”-Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyasını belə qətiyyətli şəkildə ortalığa qoyublarsa, demək Dağlıq Qarabağın statusunun müzakirəsini əhəmiyyətsiz edirlər; Dağlıq Qarabağın statusunu ermənilər əvvəlcədən müəyyən edir. Ona görə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə ehtiyac qalmır. Diqqət çəkən məqam burasındadır ki, “Miatsum” ideyasını hal-hazırda dəstəkləyən və bu istiqamətdə təşkilatlar yaradıb, Ermənistana müraciət edən siyasətçilərin böyük əksəriyyəti ATƏT və Aİ şinelindən çıxmış siyasətçilərdir. Onlar uzun müddət birbaşa və ya dolayısı yolla ATƏT-in qrantlarından istifadə ediblər, Aİ-nin qrantları ilə isə birbaşa maliyyələşiblər. Beləliklə ATƏT-in Minsk Qrupunun siyasəti onun özünün ləğvinə gətirib çıxarır".

sia.az

Digər xəbərlər