Siyasət

  • 3 890

“Vasitəçilərdən heç bir kömək yoxdur" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan və Ermənistan tərəfi üçüncü tərəflərsiz danışıqlara başlamalıdırlar”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, münaqişənin nizamlanması illərdi ki, uzanır: “Vasitəçilərdən heç bir kömək yoxdur. Həmsədr ölkələr münaqişə tərəfləri arasında sülhün əldə olunmasında maraqlı deyillər. Minsk qrupu həmsədrlərinin əsas məqsədi - münaqişənin müharibə mərhələsinə keçməsinə qoymamaqdır. Onların regionlara səfərlərinin yeganə məqsədi budur. Həmsədrlər münaqişənin nizamlanmamasında Bakı və İrəvanı günahlandırırlar. Amma unudurlar ki, münaqişənin nizamlanmasına cavabdeh, həm də həmsədr ölkələrdir. Hər dəfə həmsədrlər və ermənipərəst Kaspşik regiona səfər edəndə cəbhədə ermənilər tərəfindən hərbçilərimizə qarşı hücuma keçilir. Bizə belə nizamlanma formatı lazımdırmı? Mövcud vəziyyəti nəzərə alaraq, məncə tərəflər birbaşa vasitəçilərsiz dialoqa keçsələr heç nə itirməzlər. Əksinə, bəlkə də qazanarlar. Digər ölkələrin qulaqları olmadan...”.

sia.az

Digər xəbərlər