YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Konfransı YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, YAP Şabran rayon təşkilatının 5390 nəfər üzvü var, onlardan 2408 nəfərini gənclər təşkil edir, rayon təşkilatının 75 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: “Gənc üzvlərimizin 908 nəfəri ali, 513 nəfəri orta ixtisas, 986 nəfəri orta təhsillidir, 1 nəfəri isə elmlər namizədidir. Gənclərin 582 nəfəri təhsil, 167 nəfəri səhiyyə, 211 nəfəri elm, mədəniyyət, 72 nəfəri idarəetmə sahəsində, 848 nəfəri isə digər idarə və müəssisələrdə çalışır, onların 129 nəfəri isə tələbədir. Həmçinin gənclərin 1 nəfəri dünya çempionu, 2 nəfəri respublika çempionu, 6 nəfəri idman ustası, 4 nəfəri isə ustalığa namizəddir”.
Sonra YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Bağızadə hesabat məruzəsi ilə çıxış edib.
Konfransda həmçinin YAP Şabran rayon təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclisin üzvü Tahir Süleymanov, rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov da çıxış ediblər.
Sonra YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin 15 nəfər Şura üzvü, 9 nəfər İdarə Heyəti seçilib, YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Bağırzadə, sədr müavinləri Turan İsgəndərli və Gülər Kərimova seçiliblər.
Sonda yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

yap.org.az