Siyasət

  • 3 332

"Separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır" ÖZƏL - ŞƏRH

image

“Son 10 gün ərzində Ermənistan tərəfinin atdığı addımlar Qarabağ konfliktinin heç vaxt sülh ilə nəticələnməyəcəyini göstərir. İlk öncə tabor komandirimizin şəhid edilməsi ermənilər üçün ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların bəyanatının heç bir önəminin olmadığını göstərdi. Ermənilər, ən azından separatçı rejim rəhbərləri Azərbaycanla atəşkəs istəmirlər. Çünki bu, onları himayə edən əsas hegemonun maraqlarına cavab vermir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə verdiyi açıqlamada "beynəlxalq sənədlərə əsasən, konfliktin 3 tərəfi var" deyə bildirib. Bu əsassız açıqlama düşmən ölkə rəhbərinin "Qondarma Dağlıq Qarabağ" respublikasınında danışıqlara əlavə edilməsi arzusunun göstəricisidir: “Bu isə bizim maraqlarımıza cavab vermir. Var olmayan bir dövlətlə Azərbaycan heç vaxt danışıqlara getməz. Görünən odur ki, bu barədə hər iki tərəf heç vaxt uzlaşa bilməyəcək. Bu isə hərbi yoldan istifadənin vacibliyini gündəmə gətirir.Dağlıq Qarabağda qondarma respublikarın da iştirak etdiyi "Conİfa-2019" geydirmə futbol yarışlarının keçirilməsi münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Düşmən ölkə "Qondarma Dağlıq Qarabağ Respublikasının" təhlükəsiz yer olduğunu sübut etmək və onu legitimləşdirmək üçün bu addımı atdı. Onlar Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər.İyun ayının 8-də 19 yaşlı əsgərimiz erməni təxribatı nəticəsində şəhid oldu. Tabor komandirimizin qanına qarşılıq 19 yaşlı erməni hərbçisi gəbərdildikdən sonra ermənilər bunun qisasını alacaqlarını bəyan etmişdilər. Belə də etdilər. Bütün bu baş verənlərin qarşılığı ən ağır şəkildə verilməlidir. Erməni rəhbərliyinin bu təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli yoxdur. Müxtəlif illərdə baş verən müxtəlif hadisələr bunu başımıza vura-vura sübut edir”.

sia.az

Digər xəbərlər